AQTA sədri "Qida təhlükəsizliyi haqqında" yeni qanunun əhəmiyyətini açıqlayıb
Yusif Nəzərli
08:18 15.03.2023
Gündəm
485
Bu il yanvarın 1-dən qüvvəyə minmiş "Qida təhlükəsizliyi haqqında" qanun istehlakçılara doğru və düzgün məlumatların verilməsi, onları çaşdıracaq informasiyaların məhsulların üzərində yerləşdirilməməsi üçün yeni etiketlənmə tələbləri müəyyənləşdirib.
"Report" xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli "İstehlakçı hüquqlarının qorunmasında dövlət orqanlarının rolu" mövzusunda konfransda bildirib.
"Elə məhsullar var ki, onların tərkibindəki xüsusiyyətlər məhsulun özəlliyini göstərmir. Məsələn, süd məhsulu haqqında məlumat versək, həmin məhsuldakı kalsium elementi hər hansı bir özəllik ehtiva etmir. Buna baxmayaraq bir sıra sahibkarlıq strukturları bunu özəl bir göstərici kimi qablaşdırmanın üzərində xüsusi bölmədə önə çəkirlər ki, bu da istehlakçıların aldadılmasına xidmət edir", - deyə o qeyd edib.
Bundan başqa, Q.Təhməzlinin sözlərinə görə, qanunda bilavasitə istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı çoxşaxəli Tədbirlər Planı nəzərdə tutulub: "Planın müvafiq müddəalarına əsasən, mərhələli şəkildə istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı işlərin həyata keçirilməsinə başlanılıb. Belə ki, "Qida təhlükəsizliyi haqqında" qanunda nəzərdə tutulmuş qida təhlükəsizliyi sisteminin təmin edilməsi bir sıra yenilikləri ehtiva edir, həmçinin istehlakçıların hüquqlarının müdafiəsi üçün qida və yem təhlükəsizliyi ilə bağlı münasibətləri tənzimləyir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya