Avropa İttifaqı Azərbaycanda üçillik proqramı maliyyələşdirəcək
Yusif Nəzərli
09:50 16.02.2022
Gündəm
541
Bu gün Avropa İttifaqı (Aİ) və Dünya Bankı (DB) Azərbaycan üçün Çevik Texniki Yardım Aləti (AZTAF) üzrə İnzibati Sazişi imzalayıblar.
“Report” xəbər verir ki, ümumi büdcəsi 5,25 milyon avro təşkil edən bu üçillik proqramı Aİ maliyyələşdirir, DB idarə edir.
Proqramın məqsədi Azərbaycan Hökumətinə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərə” uyğun olaraq, məsləhət və analitik dəstəyi və potensialın gücləndirilməsini təmin etməkdən ibarətdir. Bu dəstək sosial inklüzivliyi və bağlantıları gücləndirməyə, iqtisadi islahatlara təkan verməyə, dövlət sektorunun idarəçiliyini gücləndirməyə və COVID-19-un təsirlərinin səmərəli şəkildə aradan qaldırlmasına kömək edəcək.
Sazişi DB-nin Azərbaycan üzrə meneceri Sara Maykl və Aİ-nin Azərbaycandakı nümayəndəsi Peter Mixalko imzalayıb. İmzalanma mərasimində iqtisadiyyat nazirinin I müavini Elnur Əliyev də iştirak edib.
“Bu alət Azərbaycan hökumətinin sosial-iqtisadi inkişaf gündəliyinə sürətli və əhəmiyyətli dəstəyi təmin edəcək. O, xüsusilə COVID-19-un uzun müddətli sosial-iqtisadi təsirlərinin yumşaldılmasına kömək etməklə Azərbaycan xalqına, o cümlədən ən həssas əhali qrupların fayda verəcək. Bu təşəbbüs AI və Azərbaycan arasında möhkəm tərəfdaşlığın növbəti nümayişidir. O, Aİ-nin bu yaxınlarda 2 milyard avro investisiya potensialının olduğunu açıqladığı və müvafiq Beynəlxalq Maliyyə İnstitutları ilə sıx əməkdaşlıq çərçivəsində icra olunacaq Azərbaycan üçün İqtisadi və İnvestisiya Planı ilə əlaqələndiriləcək”, - deyə P.Mixalko qeyd edib.
“Biz iddialı AZTAF proqramını icra etmək məqsədilə Azərbaycan Hökuməti və Avropa İttifaqı ilə tərəfdaşlıqdan çox məmnunuq. İnanırıq ki, o, Azərbaycana iqtisadiyyatın və institutların müasirləşdirilməsi, xidmətlərin göstərilməsi və insan kapitalının inkişafı və hamı üçün yaşıl gələcəyin qurulmasına yardım edən əsas hökumət proqramları və islahatlarını dəstəkləyəcək. Bu, bizim ölkə üzrə hazırki proqramımız üçün çox aktualdır və Azərbaycanla növbəti Ölkə Tərəfdaşlıq Çərçivəsinin hazırlanması üçün baza kimi çıxış edəcək”, – deyə S.Maykl bildirib.
AZTAF proqramı hökumətin təxirəsalınmaz prioritetlərinə cavab verən konkret fəaliyyətləri əhatə edir. Bu fəaliyyətlər hökumətin dövlət müəssisələrinin idarəçiliyi, dövlət satınalmaları, su ehtiyatlarının idarə edilməsi, “ağıllı kəndlər”, rəqəmsal inkişaf, enerji səmərəliliyi, qadınların sahibkarlıq fəaliyyəti, əlillik və inkluzivlik kimi geniş spektrli prioritetlərini dəstəkləyəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
May ayı artıq əvvəlki may deyil - EKSPERTLƏRİN RƏYİ
15:46 18.05.2026
Ekologiya
DİM məlumat yaydı: Dünənki imtahan təkrar keçiriləcək!
15:34 18.05.2026
Elm və Təhsil
Nərgiz Məhəmmədi xəstəxanadan evə buraxıldı
15:21 18.05.2026
Dünya
İran bu şirkətləri hədələdi: İnterneti kəsəcəm!
15:04 18.05.2026
Region
Ukraynanın hücumları Rusiyada panika yaradıb - ŞƏRH
14:47 18.05.2026
Gündəm
ABŞ-ın dəniz blokadasını qıracağıq - Rzayi
14:45 18.05.2026
Region
Rusiya Qara dənizdə Çin gəmisini vurub
14:43 18.05.2026
Dünya
Ukrayna ordusu bu qəsəbəni azad etdi
14:03 18.05.2026
Dünya
“Sədaqətin Sükutu” adlı layihə çərçivəsində tədbir keçirilib
14:01 18.05.2026
Ölkə
Məsud Pezeşkian: Yalandan düşmənin məhv olduğunu iddia etməməliyik
14:00 18.05.2026
Region
Paşinyanın son açıqlaması Bakının mövqeyinə uyğundur - ŞƏRH
12:47 18.05.2026
Gündəm
ABŞ Prezidenti İranın təkliflərindən məmnun deyil
12:39 18.05.2026
Gündəm