Azərbaycan Ordusu Qarabağda hərəkətə keçdi
16:06 25.03.2023
Gündəm
644
"Son dövrlər ermənilər Qarabağa qanunsuz daşımaları həyata keçirmək məqsədilə Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edir, eləcə də bu marşrutdan şimalda keçən Xankəndi-Kosalar-Mirzələr-Turşsu yollarında tikinti işləri aparırdı: silah-sursat və canlı qüvvə bu yollarla Azərbaycan ərazisinə gətirilirdi; məqsəd separatçı-terrorçuların güclənməsi və Azərbaycana qarşı təxribat hücumlarına hazırlıq idi;
Azərbaycan bu qanunsuz əməllərə son qoyulması ilə bağlı dəfələrlə xəbərdarlıq edib. Lakin nə ermənilər, nə Ermənistan, nə də Rusiya sülhməramlıları bu xəbərdarlıqların heç birinə əməl etmədi. Hətta Rusiya sülhməramlıları qanunsuz daşımaların həyata keçirilməsini birbaşa mühafizə edirdi".
Sherg.az xəbər verir ki, bu sözləri politoloq Asif Nərimanlı deyib. Onun sözlərinə görə artıq xəbərdarlıq dövrü başa çatdı. Müdafiə Nazirliyinin rəsmi məlumatına görə, Laçın yolunun şimalındakı torpaq yollarından qeyri-qanuni fəaliyyətlər üçün istifadənin, eləcə də Ermənistan tərəfindən silah-sursat daşımaqla vəziyyətin gərginləşməsinin və potensial təxribatların törədilməsinin qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən lokal zəruri nəzarət tədbirləri həyata keçirilib:
"Bu açıqlamadan iki nəticə çıxır:
Birincisi, ermənilərin silah-sursat daşıdığı torpaq yolları Azərbaycan Ordusu tərəfindən nəzarətə götürülüb;
İkincisi, bu, Azərbaycan ordusunun birbaşa Laçın yolunda praktiki addımlar atmasıdır: bununla rəsmi Bakı Laçın yolunun öz suveren ərazisi olduğunu və yoldan qeyri-qanuni məqsədlər üçün istifadəyə imkan verilməyəcəyini əyani şəkildə nümayiş etdirdi;
Üçüncüsü, artıq xəbərdarlıqlar dövrü başa çatdı: bundan sonra qanunsuz fəaliyyətlərin qarşısı birbaşa müdaxilə ilə alınacaq;
Ordumuz gördüyü tədbirlər nəticəsində separatçı-terrorçuların Füzuli rayonunun Yuxarı Veysəlli yaşayış məntəqəsi istiqamətində kənd təsərrüfatı işləri adı altında səngərin mühəndis cəhətdən hazırlanması məqsədilə qazıntılar aparmağa cəhdinin də qarşısı alınıb. Bu da xəbərdarlıq dövrünün başa çatdığı və birbaşa müdaxilə dövrünün başlandığının daha bir nümunəsidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya