Azərbaycanın Mərkəzləşdirilmiş elektron poçt xidmətləri kibercasusluğun hədəfində
Yusif Nəzərli
11:36 01.04.2023
Gündəm
527
Azərbaycanda dövlət qurumlarının istifadəsi üçün yaradılmış Mərkəzləşdirilmiş elektron poçt xidmətinin Rusiyanın “Winter Vivern” adlı kiberqruplaşması olan “Zimbra Colloboration” serverləri ilə əlaqəsi yoxdu.
Bu barədə “Report”a dövlət qurumlarının informasiya təhlükəsizliyini təmin edən Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən (XRİTDX) bildirilib.
Məlumata görə, “Zimbra”ya rəqib olan “Proofpoint” şirkətinin açıqladığı hesabatda “Zimbra Colloboration” serverlərində tapılan CVE-2022-27926 nömrəli boşluq vasitəsi ilə bir sıra ölkələrdə kiberkibercasusluq əməliyyatları etdiyi iddia olunur.
"Sözügedən hesabatda Azərbaycanın da hədəflər içərisində olduğu qeyd olunsa da, bu hədəflərə qarşı kibercasusluğun uğurlu və ya uğursuz olması barədə heç bir məlumat verilməyib.
“Dövlət qurumlarının istifadəsi üçün yaradılmış elektron poçt xidməti "Zimbra" platforması üzərində qurulmayıb. Hazırda Xidmətimiz tərəfindən 250 dövlət qurumunun 500-dən çox domeni üzrə 30 000-ə yaxın istifadəçisinə xidmət göstərilir. Mühafizə olunan Mərkəzləşdirilmiş elektron poçt xidmətindən isifadə etməyən digər dövlət qurumlarının bu şəbəkəyə inteqrasiyası cari ilin sonuna kimi başa çatdırılacaqdır", - Xidmətdən bildirilib.
Qeyd olunub ki, Xidmət tərəfindən qurulan mərkəzləşdirilmiş elektron poçt xidmətindən istənilən forma və təyinatlı kiberhücumlar daima izlənilir və qarşısının alınması üçün vaxtında lazımi tədbirlər görülür:
“Ümumilikdə isə dövlət qurumlarına qarşı kiberhücumlar daima həyata keçirilir. Bunların arasında kiberşpionaj məqsədi ilə saxta domenlərin yaradılması və hesabların ələ keçirilməsinə cəhd halları da müşahidə olunur. Ötən il mütəxəssislərimiz tərəfindən aparılan kiber kəşfiyyat fəaliyyəti nəticəsində dövlət qurumları domenlərinə bənzədilmiş 48 saxta domen yaradılması halları müəyyən edilmiş, hələ hazırlıq mərhələsində onların bloklanması həyata keçirilməklə kiberhücumların qarşısı alınıb.”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya