Azərbaycanın Rusiyadakı səfiri: BRICS ilə əməkdaşlıq Azərbaycanın maraqlarına cavab verir
19:50 21.10.2024
Gündəm
437
BRICS ilə əməkdaşlığın gücləndirilməsi Azərbaycanın milli maraqlarına cavab verir.
“Report” xəbər verir ki, bunu Azərbaycanın Moskvadakı səfiri Rəhman Mustafayev “Tatarıstan-24” telekanalına müsahibəsində deyib.
Diplomat vurğulayıb ki, bu qarşılıqlı əlaqə rəsmi Bakının ədalətli dünya nizamının formalaşdırılması, bütün dövlətlər üçün inkişaf üçün bərabər imkanların yaradılması istiqamətində ardıcıl kursuna “orqanik şəkildə uyğun gəlir”.
“Bir yandan Azərbaycan BMT-nin nüfuzunun, onun beynəlxalq münasibətlərdə mərkəzi əlaqələndirici rol oynamağa çağırılan universal təşkilat kimi rolunun və səmərəliliyinin artırılmasının tərəfdarıdır, digər yandan isə çoxqütblü dünya ideologiyasını, ikili standartlardan azad və bölücü xətlərin yaradılmasını istisna edən dünya nizamının formalaşmasını bölüşür. Bu kontekstdə BRICS kimi nüfuzlu təşkilatla əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Çünki BRICS Yer kürəsinin quru sahəsinin təxminən 35 %-i, dünya əhalisinin 45 %-i, dünya ÜDM-nin 30 %-i, dünya neft hasilatının 40 %-dən çoxu və sənaye inqilabının bazası olan nadir torpaq minerallarının dünya ehtiyatlarının 70 %-idir”, – R.Mustafayev qeyd edib.
O həmçinin BRICS-in Azərbaycanın ənənəvi olaraq mühüm və çox vaxt təşəbbüskar rol oynadığı region olan qlobal Cənuba yönəldiyini vurğulayıb:
“Bütün bu nümunələr onu göstərir ki, Azərbaycanın siyasəti BRICS-in çoxqütblülük prinsiplərinin dəstəklənməsi və inkişaf etməkdə olan ölkələrin dünya siyasətində və iqtisadiyyatında rolunun artırılması üzrə ideologiya və praktikasına harmonik şəkildə uyğun gəlir”
“Bakının BRICS ilə əməkdaşlığın aktivləşdirilməsinə marağı onun dünya siyasəti və beynəlxalq əməkdaşlıq məsələlərinə balanslaşdırılmış yanaşma strategiyasının qanunauyğun davamıdır. Xüsusilə beynəlxalq münasibətlərin indiki mərhələsində, Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın 23-də Milli Məclisdəki çıxışı zamanı bəyan etdiyi kimi, İkinci Dünya müharibəsindən sonra formalaşmış təhlükəsizlik arxitekturası, demək olar ki, tamamilə dağıdılıb”, – Rəhman Mustafayev vurğulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual