“Azərsu”da kütləvi ixtisar aparılır? - RƏSMİ AÇIQLAMA
Yusif Nəzərli
13:26 31.03.2023
Gündəm
566
Ötən gün Prezident İlham Əliyevin imzaladığı Fərmana əsasən, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılıb. Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyi, “Azərsu” ASC və Meliorasiya və Su Təsərrüfatı ASC əmlakları ilə birlikdə yeni yaradılan Agentliyin tabeliyinə verilib.
Fərman ictimailəşəndən dərhal sonra sosial şəbəkələrdə adıçəkilən qurumlarda kadrların işdən azad edildiyi ilə bağlı məlumatlar yayılmağa başlayıb.
Bizim.Media məsələni aydınlaşdırmaq üçün ilkin olaraq Meliorasiya və Su Təsərrüfatı ASC ilə əlaqə saxlayıb. Qurumun mətbuat katibi Dilqəm Şərifov hələlik heç bir kadr dəyişikliyinin baş vermədiyini bildirib:
“Bildiyiniz kimi, ölkə başçısının fərmanına əsasən, yeni agentliyin strukturu beş ay müddətində formalaşacaq. Bu müddətə qədər hər kəs öz işinin başındadır”.
“Azərsu” ASC-dən isə deyilib ki, ötən gün yayılan informasiyada yanlışlığa və tələskənliyə yol verilib:
“Qurumda hər kəs öz işinin başındadır. Çünki “Azərsu” ləğv olunmayıb, yeni yaradılan Agentliyin tərkibinə verilib. Bildiyimiz kimi, fərmana əsasən, hələlik yeni agentliyin Əsasnaməsi hazırlanır. Bu Əsasnamə təsdiq olunandan sonra “Azərsu” ASC-nin hansı formada fəaliyyət göstərəcəyi bəlli olacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya