Bayram günlərində hava şəraiti AÇIQLANDI
16:06 07.11.2024
Gündəm
522
Ölkə ərazisində bayram günlərində gözlənilən hava şəraiti (8-10 noyabr) açıqlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında noyabrın 8-də havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə arabir yağış yağacağı, gecəyə doğru leysan xarakterli olacağı gözlənilir. Havanın temperaturu gecə 5-8° isti, gündüz 13-16° isti olacaq.
Noyabrın 9-da arabir yağış yağacağı, gecə və səhər bəzi yerlərdə leysan xarakterli olacağı gözlənilir. Havanın temperaturu gecə 8-11° isti, gündüz 12-15° isti olacaq.
Noyabrın 10-da dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, gecə bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Havanın temperaturu gecə 8-11° isti, gündüz 12-16° isti olacaq.
Naxçıvan MR-da
Hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir duman olacaq. Qərb küləyi 5-10 m/s.
Havanın temperaturu gecə 1-6° isti, dağlıq ərazilərdə 2°şaxta, gündüz 17-22° isti olacaq.
Qazax-Gəncə
Hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir duman olacaq. Qərb küləyi 5-10 m/s, arabir 15 m/s.
Havanın temperaturu gecə 1° şaxtadan 3°-dək isti, gündüz 13-18° isti olacaq.
Balakən-Şəki
Havanın əsasən yağmursuz keçəcəyi, lakin 09-da bəzi şərq rayonlarında arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi 5-10 m/s, arabir 15 m/s. Havanın temperaturu gecə 0-5° isti, gündüz 10-15° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-5° isti olacaq.
Dağlıq Şirvan

Quba-Qusar

Mərkəzi-Aran
Havanın əsasən yağmursuz keçəcəyi, lakin 08-də gecə və səhər və 09-da bəzi şərq rayonlarında qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Arabir duman olacaq. Qərb küləyi 5-10 m/s, arabir 15 m/s. Havanın temperaturu gecə 2-7° isti, gündüz 13-18° isti olacaq.
Lənkəran-Astara
Havanın əsasən yağmursuz keçəcəyi, lakin səhər saatlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Arabir duman olacaq. Şimal-şərq küləyi 5-10 m/s. Havanın temperaturu gecə 3-7° isti, gündüz 11-16° isti, dağlarda gecə 0-3° isti, gündüz 6-11° isti olacaq.
Qarabağ və Şərqi-Zəngəzur
Hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir duman olacaq. Qərb küləyi 5-10 m/s, arabir 15 m/s. Havanın temperaturu gecə 0-5° isti, dağlıq ərazilərdə 5° şaxta, gündüz 7-12° isti olacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü
11:07 04.11.2026
Hadisə
Karapetyanların evlərində axtarış aparılır - YENİLƏNDİ
10:47 04.11.2026
Region
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə
Obama Trampın partiyasının seçkidəki məğlubiyyətinə reaksiya verdi
10:19 04.11.2026
Gündəm
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm
CNN: Tramp seçkilərdə ən pis ssenarinin mümkünlüyünü etiraf edib
08:20 04.11.2026
Aktual
Böyrək xərçəngi yaradan – Hər gün yediyimiz 2 qida
07:17 04.11.2026
Sağlamlıq
"Sabah"ın baş məşqçisi "Vikinq"lə oyunöncəsi danışdı
06:44 04.11.2026
Futbol
Britaniya Avropa İttifaqı ilə yeni razılaşmaya hazırlaşır
06:17 04.11.2026
Dünya
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou