“Düyünlər” çözülür! - Qazaxın kəndləri qaytarılır? – AKTUAL ŞƏRH
Banuçiçək Kalbalıyeva
12:27 23.08.2021
Gündəm
801
“Sözügedən kəndlər, əlbəttə, geri verilməlidir və veriləcək. Bunun alternativi yoxdur”
“Ancaq yayılan məlumatlar onu deməyə əsas verir ki, hərbi əməliyyatlara ehtiyac qalmayacaq”
“Onsuz da Ermənistan bu məsələyə fərdi şəkildə qarşı deyil”
Ermənistan Dilican (Tavuş) bölgəsinin Azərbaycanla sərhəddə yerləşən kəndlərindəki əhalinin evakuasiya edilməsi proqramını hazırlayıb. Bölgənin qubernatoru Hayk Galumyanın avqustun 19-da qəbul etdiyi qərarda evakuasiya ediləcək əhalinin sayının, ərzaq tədarükünün və əsas ehtiyaclarının hesablanması, yaş qruplarına bölünməsi, bölgənin digər ərazilərində müvəqqəti və uzunmüddətli yaşayış yerlərinin, o cümlədən, insanların köçürüləcəyi yaşayış məntəqələrinin siyahısının hazırlanması əksini tapır. Ermənilər bunun Qazaxın işğal altındakı 7 kəndinin (Sofulu, Barxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara və Xeyrimli) boşaldılması ilə bağlı olduğunu yazırlar. Bunun həmin istiqamətdə yeni hərbi toqquşmaya hazırlıq olması da istisna deyil.
Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli baş verənləri “Sherg.az”a şərh etdi:
“Sözügedən kəndlər, əlbəttə, geri verilməlidir və veriləcək. Bunun alternativi yoxdur. Qazaxın yeddi kəndinin qaytarılması üçtərəfli bəyannaməyə salınmamışdı. Çünki proses müqavilədənkənar baş tutmalıdır. Hadisələrin müsbət dinamika ilə inkişafını ötən həftə üçtərəfli komissiyanın bərpası ilə gördük. Odur ki, indiki hadisələr gözlənilən idi. Çox güman, rəsmi Bakı proseslər tam başa çatdıqdan sonra açıqlama verəcək. Ancaq yayılan məlumatlar onu deməyə əsas verir ki, hərbi əməliyyatlara ehtiyac qalmayacaq və bundan sonra “düyünlərin” çözülməsində ilkin addım kəndlərin qaytarılması olacaq. Onsuz da Ermənistan bu məsələyə fərdi şəkildə qarşı deyil”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran XİN: Yaxın Şərq ölkələrinə müharibə elan etməmişik
17:25 16.03.2026
Gündəm
Hörmüz boğazında 5 minlik qüvvə yetərli deyil - Rasim Musabəyov
16:53 16.03.2026
Müsahibə
AYNA: "Brutto müqavilə" sisteminin bu il tətbiqi nəzərdə tutulub
16:27 16.03.2026
Gündəm
“Azərsüd” mükafat qazanıb
16:04 16.03.2026
Ölkə
Göyərçinləri yemləyən 4 yaşlı uşaq həyatını itirdi
16:02 16.03.2026
Hadisə
Qanunvericiliyə “Xarici film” anlayışı daxil edilib
15:45 16.03.2026
Mədəniyyət
ABŞ-nin şərtləri İran rejimi üçün intihar deməkdir - ŞƏRH
14:29 16.03.2026
Gündəm
Dava neft davasıdır: Yaxın Şərqdə savaşın taleyi həll olunur
13:21 16.03.2026
Aktual
Rusiyada "Telegram"ın bloklanmasına başlanılıb
13:16 16.03.2026
Dünya
Xaçmazda təqaüdçülərin kartlarını talayan şəxs tutulub
13:11 16.03.2026
Hadisə