"Ermənistan tərəfi Prezident İlham Əliyevin mesajlarından nəticə çıxarmadır" - Politoloq
15:08 19.03.2023
Gündəm
621
"Prezident İlham Əliyevin Talış kəndində verdiyi açıqlamadan aydın olur ki, Ermənistan sülh müqaviləsinin imzalanması da yox, yeni hərbi təxribatlarda maraqlıdır".
Bu barədə "Sherg.az"a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Analitik bildirib ki, Ermənistan baş naziri Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsinin imzalanmasından yayınır:
"Prezident İlham Əliyev işğaldan azad olunmuş Talış kəndində Ermənistana ciddi mesaj verdi. Prezident İlham Əliyev qeyd etdi ki, Ermənistan sülh istəmirsə, bizə də lazım deyil. Həqiqətən ilk növbədə Ermənistan sülh müqaviləsinin bağlanmasında maraqlı olmalıdır. Qalib tərəf Azərbaycandır və ilk gündən sülh müqaviləsinin imzalanması üçün mövqe ortaya qoydu. Amma, İrəvan sülhü deyil, böhranın davam etməsini üstün tutub. Belə olan təqdirdə Ermənistan hərbi təxribatlara gedəcək. Ermənistan ərazi bütövlüyümüzü tanımırsa, bizdə tanimayacagiq. Sülh bizə də lazım deyil. Ermənistan tərəfi prezident İlham Əliyevin mesajlarından nəticə çıxarmasa növbəti hərbi eskalasiya mümkün ola bilər. Çünki Ermənistan tərəfi güc dilində başa düşür. Göründüyü kimi, Ermənistan hər şeyin üstündən xətt çəkib. Yeni hərbi təxribatlarda maraqlı görünür. Yeni hərbi toqquşma riski var. Ermənistan bu hərbi toqquşmadan istifadə edərək KTMT-dən və ərazisindən Rusiya hərbi bazasının çıxarılmasını tələb edəcək. ABŞ və Avropa İttifaqı yeni hərbi toqquşmani Rusiyanın Ermənistanı tərk etməsi üçün görür".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya