Ermənistanda istefa mədəniyyəti niyə formalaşmır?

Bir çox ölkələrdə yüksək vəzifəli şəxslər uğursuzluq, korrupsiya qalmaqalı və ya yerinə yetirilməyən vədlərə görə könüllü istefa versələr də, Ermənistanda belə nümunələrə demək olar ki, rast gəlinmir.

Sherg.az xəbər verir ki, "Sputnik Ermənistan" portalında dərc olunan məqalədə Ermənistanda siyasi məsuliyyət və istefa mədəniyyətinin formalaşmaması tənqid edilib.

Yazıda Baş nazir Nikol Paşinyanın komandası, o cümlədən seçki qərargahının rəhbəri olmuş Araik Arutyunyanın fəaliyyəti tənqid edilir. Müəllif hesab edir ki, hökumət üzvləri uğursuzluqlara baxmayaraq vəzifələrini tərk etməyə tələsmirlər və siyasi məsuliyyət hissi nümayiş etdirmirlər. Məqalədə bu vəziyyət digər ölkələrin təcrübəsi ilə müqayisə edilərək Ermənistanda istefa mədəniyyətinin zəif olduğu vurğulanır.