İranda neft emalı zavodunda yanğın baş verib

İranın şərqindəki Cənubi Xorasan əyalətində neft emalı zavodunda yanğın başlayıb.
APA xəbər verir ki, bu barədə Tasnim agentliyi məlumat yayıb.
Məlumata görə, insident yerli vaxtla saat 08:45-də Bircənd xüsusi iqtisadi zonasında yerləşən neftayırma zavodunda baş verib. Kondensat çənlərindən biri yanıb.

Hadisə yerinə 3 yanğınsöndürmə briqadası və xilasedicilər göndərilib. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğını nəzarətə götürüb. Hadisə nəticəsində ölən və yaralanan olmayıb.

Agentlik yanğının səbəbləri barədə məlumat verməyib.