Migel Anxel Moratinos: “İslamofobiyaya qarşı birgə mübarizə aparmalıyıq”
Yusif Nəzərli
08:09 15.03.2023
Gündəm
458
“Dünya ictimaiyyəti İslamı sülh və monoteizm dini kimi təbliğ etməklə islamofobiyaya qarşı birgə mübarizə aparmalıdır”.
"Report" xəbər verir ki, bunu BMT Baş katibinin müavini, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos Bakıda “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına videomüraciətində deyib.
O, martın 15-nin Beynəlxalq İslamofobiya ilə Mübarizə Günü elan edildiyini vurğulayıb: "İslamofobiya ilə Mübarizə Gününün təsis edilməsinə niyə ehtiyac var idi? Çünki bu, ksenofobiya və dözümsüzlük kimi problemlərlə bir sırada dayanır".
Moratinos konfrans iştirakçılarının iki gün ərzində İslama hörmət və islamofobiyaya qarşı mübarizə ilə bağlı mühüm məsələləri müzakirə edəcəklərinə ümidvar olduğunu bildirib.
Xatırladaq ki, 2020-ci ilin noyabrında İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının Niamey şəhərində (Niger Respublikası) keçirilən iclasında martın 15-i İslamofobiya ilə Mübarizə Günü elan edilib. 2022-ci ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası da bu günü Beynəlxalq İslamofobiya ilə Mübarizə Günü elan edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya