Milli Məclis Fazil Mustafaya hücumla bağlı məlumat yayıb
Yusif Nəzərli
20:20 28.03.2023
Gündəm
490
Dünən axşam saatlarında Milli Məclisin deputatı Fazil Mustafa paytaxtın Sabunçu rayonunda yaşadığı evin qarşısında odlu silahdan açılmış atəş nəticəsində xəsarət alıb. Faktla bağlı hüquq - mühafizə orqanları tərəfindən cinayət işi açılıb.
Bu barədə "Sherg.az"a Milli Məclisdən bildirilib.
TƏBİB-dən verilən məlumata görə, Fazil Mustafaya sağ çiynin, sağ budun yuxarı üçdə birinin güllə yarası diaqnozu ilə hazırda zəruri tibbi xidmətlərin göstərilməsi davam edir. Onun vəziyyəti stabil olaraq qiymətləndirilir və həyati təhlükəsinin olmadığı bildirilir.
Qeyd edək ki, hazırda BMT Baş Assambleyasında keçiriləcək yüksək səviyyəli iclasda iştirak etmək məqsədilə Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova hadisə ilə bağlı məlumat aldıqdan sonra Fazil Mustafanın ailəsi ilə əlaqə saxlamış, onun vəziyyəti ilə maraqlanmışdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya