Naxçıvanda aşkarlanan faktların izi İraqa qədər gedib çıxır - AÇIQLAMA
Naxçıvanda aşkarlanan faktların izi İraqa qədər gedib çıxır - AÇIQLAMA
Yusif Nəzərli
07:36 17.03.2023
Gündəm
486
Naxçıvan şəhəri ərazisində yerləşən Naxçıvantəpə yaşayış yerində aparılan arxeoloji qazıntılar vacib tarixi faktları üzə çıxarıb.
Belə ki, arxeoloji araşdırmalar zamanı aşkar olunan yeni tapıntılar Naxçıvan, Urmiya hövzəsi və İraqda yayılan Dalmatəpə mədəniyyətinin mənşəyi və yayılma arealı ilə bağlı problemləri həll etməyə, adı keçən mədəniyyətin tarixini və mənşəyini dəqiqləşdirməyə imkan verib.
Bu barədə Bizim.media-ya məlumat verən AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru Vəli Baxşəliyev bildirib ki, aparılan tədqiqatlar Dalmatəpə mədəniyyətinin yaradıcılarının e. ə. VI-V minilliklərdə Qarabağ, Naxçıvan və Urmiya hövzəsində yaşayan qədim Azərbaycan tayfaları olduğunu ortaya qoyub:
“Naxçıvanın Erkən Eneolit mədəniyyəti Dalmatəpə, Xalaf və Ubeyd ənənələrinin bu regiona daxil olması ilə xarakterizə edilsə də, Erkən Eneolit abidələrində Dalmatəpə tipli keramika üstünlük təşkil edir.
Urmiya gölünün cənub-qərbindəki Dalmatəpə yaşayış yeri ilə bağlı olan bu mədəniyyət Urmiya gölünün şimal, qərb və cənub bölgələrinə yayılmış və tədqiqatçılar tərəfindən Dalma fenomeni kimi dəyərləndirilib. Dalmatəpə mədəniyyətinin əsas xüsusiyyəti basmanaxışlı və boyalı keramikanın olmasıdır.
Dalmatəpə boyalılarının Xalaf və Ubeyd mədəniyyətlərinin təsiri ilə formalaşdığı söylənsə də, Şimali Mesopotamiya, Şimal-Qərbi İran və Şərqi Anadolu mədəniyyətlərindən fərqlənən basmanaxışlıların mənşəyi tamamilə aydınlaşdırılmayıb, xronologiyası və yayılması ilə bağlı müxtəlif fikirlər söylənilib”.
Qeyd edək ki, 2017-2022-ci illərdə Naxçıvantəpədə aparılan araşdırmalarda aşkar olunan keramika, xüsusilə Naxçıvantəpənin Son Neolit təbəqəsindən aşkar olunan basmanaxışlılar Dalmatəpə mədəniyyətinin mənşəyi ilə bağlı sübut ortaya qoyub.
Naxçıvan və Qarabağda eyni mədəniyyət…
Tədqiqatçı-alim vurğulayıb ki, Azərbaycanın Qarabağ bölgəsində də Son Neolit dövrünə aid arxeoloji abidələrdə basmanaxışlılar ortaya çıxıb.
Beləliklə məlum olub ki, o dövrdə bir tərəfdən Cənubi Qafqazın zəngin xammal yataqları, digər tərəfdən isə Qarabağ və Naxçıvanın bir-birinə yaxın coğrafiyada yerləşməsi Azərbaycanın cənub bölgələri ilə Urmiya hövzəsi arasında qarşılıqlı əlaqələrin yaranmasına imkan verib.
Və nəticədə Azərbaycanda və Urmiya hövzəsində Eneolit mədəniyyətləri formalaşıb.
Qeyd edək ki, aparılan tədqiqatın nəticələri kitab şəklində nəşr olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya