Professor: İşğaldan azad olunmuş ərazilərlə bağlı planlaşdırılmış siyasət həyata keçirilir
16:54 19.03.2023
Gündəm
562
Prezident İlham Əliyevin Tərtərin Talış kəndinə səfəri, bir sıra obyektlərin açılışını etməsi, bəzilərinin təməlini qoyması, sakinlərlə görüşməsi, Novruz tonqalını alovlandırması və xalqa bayram müraciəti böyük əhəmiyyət daşıyır. Dövlətimizin başçısı bundan əvvəl də Novruz tonqalını azad edilmiş ərazilərimizdə - 2021-ci ildə Şuşada, 2022-ci ildə isə Suqovuşanda alovlandırmışdı. Bu, Azərbaycanın azad edilmiş ərazilərin tez bir zamanda bərpasına və əhalinin doğma yurd yerlərini mümkün qədər tez qayıtmasına nə qədər böyük önəm verdiyini bariz nümunəsidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Musa Qasımlı söyləyib.
Deputat bildirib ki, keçmiş məcburi köçkünlərin Novruz bayramı ərəfəsində doğma yurdlarına köçməsi əlamətdar hadisədir. Kənddə iş yerlərinin açılması, bir sıra obyektlərin təməlinin qoyulması dövlətimizin azad olunmuş ərazilərin dirçəldilməsi ilə bağlı sistemli və aydın planının olduğunu göstərir.
"Prezident İlham Əliyevin kənd camaatı ilə səmimi görüşü hamının ürəyincədir. Sakinlərlə görüş və söhbət bir daha göstərdi ki, dövlətimizin başçısı zəmanəmizin görkəmli dövlət və siyasi xadimi olmaqla bərabər, həm də sadə, səmimi və əsl xalq adamıdır. Prezident İlham Əliyev çıxışında da dediyi kimi, gücünü millətimizdən alır”, - deyən M.Qasımlı vurğulayıb ki, dövlətimizin başçısının çıxışı bir neçə baxımdan təhlil edilməlidir. İlk növbədə, bu çıxış bir daha göstərdi ki, işğaldan azad olunmuş ərazilərin bərpasına dair dərin əsaslandırılmış, proqnozlaşdırılmış və planlaşdırılmış siyasət həyata keçirilir. Millətdə bir daha əminlik yarandı ki, ərazilərimiz tezliklə dirçəldiləcək və sakinlər dədə-baba torpaqlarına qayıdacaqlar.
Musa Qasımlı deyib ki, Prezidentin çıxışında, həmçinin Ermənistana və onu müdafiə edənlərə bir sıra xəbərdarlıqlarla yadda qaldı. Dövlətimizin başçısı qəti şəkildə bildirdi ki, Ermənistan ya Azərbaycanın şərtləri əsasında sülhü qəbul edəcək, ya da sülh olmayacaq. Sülhün olmaması isə nə deməkdir, bunu hamı bilir. Əgər Ermənistan sülh istəməyəcəksə, baş verən bütün hadisə və proseslər ilə bağlı məsuliyyət də rəsmi İrəvanın üzərinə düşəcək. Azərbaycan Prezidentinin çıxışında ən qürurverici məsələlərdən biri də Ermənistanı himayə edən dövlətlərə xəbərdarlıq edilməsi və Ermənistanın himayədarlıq üçün bir neçə dövlətə müraciət etməsi oldu. Dövlətimizin başçısı qətiyyətlə vurğuladı ki, Ermənistanın haqsız işlərini kimlərin müdafiə etməsindən asılı olmayaraq, Azərbaycan öz yolundan dönməyəcək. Azərbaycan həmin ölkələrin siyasətinin puç olacağını göstərəcək və öz məqsədlərinə nail olacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya