Qazi-yazar Zaur Bayramoğlunun oxucuları ilə görüşü keçirilib - FOTOLAR
Yusif Nəzərli
07:48 27.03.2023
Gündəm
788
Mart ayının 25-də “Libraff”ın “Gənclik Mall” filialında AYB-nin üzvü, qazi-yazar Zaur Bayramoğlunun oxucuları ilə görüşü keçirilib.
"Sherg.az" xəbər verir ki, Zaur Bayramoğlu bu vaxta qədər olan yaradıcılıq uğurları, çap olunmuş kitabları (“Öz üzərində qələbə”, Döyüşlə kəşfiyyat”, “Adını sən qoy”, “Adını sen koy” (Türkiyə), “Qara mamba”, “Alabaş”) və yeni esseləri haqqında danışıb, hal-hazırda üzərində işlədiyi “Üşüyən ev” və “Yolda” povestləri, Vətən müharibəsinə həsr etdiyi trilogiyanın ikinci kitabı olacaq “Ölüm mələkləri”əsəri haqqında oxucularına məlumat verib.
Görüş iştirakçılarından psixoloq Çingiz İbrahimov, 30 ildən artıq qəzet redaktoru kimi fəaliyyət göstərmiş Almaz Həmzəyeva, 200 saylı məktəbin ibtidai sinif müəlliməsi Gülnarə Quliyeva və b. qazi-yazarın yaradıcılıq fəaliyyətindən danışıb, ona yeni yaradıcılıq uğurları arzu ediblər. Sonra Zaur Bayramoğlu görüş iştirakçılarının suallarını cavablandırıb və onlarla xatirə şəkilləri çəkdirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya