Rusiya hiss edir ki, Qarabağda idarəetməni itirir
Yusif Nəzərli
06:30 16.02.2022
Gündəm
492
Ona görə də sərhəd mövzusunu daim gərgin vəziyyətdə saxlamaq üçüncü tərəfin marağındadır
Ermənistan tərəfi yenidən təxribata əl atıb. Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan silahlı qüvvələri Kəlbəcər rayonunun Barmaqbinə yaşayış məntəqəsində yerləşən Azərbaycan Ordusunun mövqelərini heç bir səbəb olmadan fasilələrlə atıcı silahlardan atəşə tutub. Kəlbəcərlə yanaşı, Tovuz rayonunun Ağbulaq yaşayış məntəqəsi də atəşə məruz qalıb. Xatırladaq ki, Ermənistan silahlı qüvvələri son həftələrdə ardıcıl olaraq üç dəfə Kəlbəcər rayonu istiqamətində təxribata əl atıb, hətta bir hərbçimizi şəhid ediblər. Ekspertlər ermənilər tərəfindən atəşin pozulması hallarını bir sıra siyasi proseslərə bağlayırlar.
Sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov “Şərq”ə açıqlamasında deyib ki, münaqişə zonası Qarabağdan Azərbaycan-Ermənistan sərhədinə keçməkdədir. Politoloq bildirib ki, hər bir münaqişə xarici ölkələr üçün idarəetmə üslubudur:
“Hiss olunur ki, Qarabağda Rusiya tərəfindən gərginliyi saxlamaq cəhdi artıq alınmır. Ermənilər bölgəni tərk edirlər. Rusiya yaxşı başa düşür ki, oradakı prosesləri nəzarətdə saxlamaq və əvvəlki dönəmlərdə olduğu kimi həmin proseslər üzərindən Azərbaycanla Ermənistanı idarə etmək çətinləşir. Bəlkə də artıq qeyri-mümkündür. Ona görə də sərhəd mövzusunu daim gərgin vəziyyətdə saxlamaq üçüncü tərəfin marağındadır. Digər tərəfdən bu məsələ ermənilərin də strateji məqsədinə uyğundur. Ermənilər istəyirlər ki, bu və ya digər şəkildə Qarabağ layihəsini davam etdirsinlər. Amma başa düşürlər ki, ərazi iddiası siyasəti onlar üçün də təhlükə yarada bilər. Artıq bu təhlükəni Zəngəzur zonasında hiss edirlər. Məntiq çox sadədir. Əgər “ərazi bütövlüyümüzü tanımaq istəmirsinizsə, biz də tanımağa məcbur deyilik”. Azərbaycan tərəfi istər-istəməz bu siyasətə əl atacaq. Bu təhlükənin qarşısını almaq üçün ermənilər qısa müddətdə sərhədlərin demarkasiyası və delimitasiyası prosesinin başlanmasını istəyirlər. Amma bunun öz istədikləri şəkildə baş verməsinə çalışırlar. Yəni ermənilərin mövqeyi ondan ibarətdir ki, Azərbaycan onların sovetlərin vaxtında olan sərhədlərini tanısın. Qarşılığında isə Azərbaycan sərhəddini Qarabağ istisna olmaqla, guya ki, tanımağa hazırdılar. Azərbaycan təbii ki, buna heç vaxt razı olmayacaq. Ermənilər bununla özlərini “sülh tərəfdarı” kimi göstərmək niyyətindədilər. Təbliğat qururlar ki, guya onlar demarkasiya və delimitasiya istəyir, amma Azərbaycan bunun müqabilində ermənilərin Qarabağdan imtinasını tələb edir. Əslində isə rəsmi Bakı deyir ki, “gəlin sərhədlərin demarkasiya və delimitasiya prosesini başlayaq, Qarabağ sonraya qalsın”.
T.Zülfüqarov vurğulayıb ki, Rusiyanın vasitəçiliyinin əsasında Türkiyə-Rusiya tandemi dayanır:
“Bu iki ölkə istəməz ki, Cənubi Qafqaz regionunda Qərb iştirak etsin. Amma problem ondadır ki, Ermənistan Türkiyəni vasitəçi kimi tanımaq istəmir. Ona görə də əsas vasitəçilik və görüş məkanları Rusiyaya ötürülür. Ehtiyac var ki, bu vəziyyəti balanslaşdıraq və Qərbin imkanlarından da istifadə edək. Rəsmi baxış və metod bundan ibarətdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
May ayı artıq əvvəlki may deyil - EKSPERTLƏRİN RƏYİ
15:46 18.05.2026
Ekologiya
DİM məlumat yaydı: Dünənki imtahan təkrar keçiriləcək!
15:34 18.05.2026
Elm və Təhsil
Nərgiz Məhəmmədi xəstəxanadan evə buraxıldı
15:21 18.05.2026
Dünya
İran bu şirkətləri hədələdi: İnterneti kəsəcəm!
15:04 18.05.2026
Region
Ukraynanın hücumları Rusiyada panika yaradıb - ŞƏRH
14:47 18.05.2026
Gündəm
ABŞ-ın dəniz blokadasını qıracağıq - Rzayi
14:45 18.05.2026
Region
Rusiya Qara dənizdə Çin gəmisini vurub
14:43 18.05.2026
Dünya
Ukrayna ordusu bu qəsəbəni azad etdi
14:03 18.05.2026
Dünya
“Sədaqətin Sükutu” adlı layihə çərçivəsində tədbir keçirilib
14:01 18.05.2026
Ölkə
Məsud Pezeşkian: Yalandan düşmənin məhv olduğunu iddia etməməliyik
14:00 18.05.2026
Region
Paşinyanın son açıqlaması Bakının mövqeyinə uyğundur - ŞƏRH
12:47 18.05.2026
Gündəm
ABŞ Prezidenti İranın təkliflərindən məmnun deyil
12:39 18.05.2026
Gündəm