Sahibə Qafarova Fazil Mustafanı ziyarət etdi
10:54 02.04.2023
Gündəm
592
Milli Məclisin sədri Sahibə Qafarova martın 28-də yaşadığı evin qarşısında terror aktına məruz qalmış deputat Fazil Mustafanı bu gün müalicə olunduğu xəstəxanada ziyarət edib, onun ailə üzvləri ilə görüşüb.
Sherg.az xəbər verir ki, Fazil Mustafanın vəziyyəti və müalicəsinin gedişi ilə maraqlanan spikerə məlumat verilib ki, onun tezliklə sağalması üçün tibb personalı tərəfindən bütün lazımi tədbirlər görülür.
Milli Məclisin sədri qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı müvafiq tapşırıqlarını verib və məsələ müvafiq dövlət qurumlarının diqqət mərkəzindədir. Spiker, həmçinin Prezident İlham Əliyevin Milli Məclisin deputatına qarşı törədilmiş bu xain terror aktını törətmiş şəxsin və ya şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunması istiqamətində təxirəsalınmaz əməliyyat-istintaq tədbirlərinin aparılması ilə bağlı hüquq-mühafizə orqanlarına göstəriş verdiyini xatırladıb. Bir daha diqqətə çatdırıb ki, bu terroru törədənlər öz məqsədlərinə nail ola bilməyəcəklər.
Fazil Mustafa göstərilən diqqət və dəstəyə görə, ölkə rəhbərliyinə minnətdarlığını bildirib. O, bundan sonra da dövlətçilik mövqeyinə sadiq qalacağını, bu terror aktının onu geri çəkindirməyəcəyini söyləyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya