TƏBİB Azərbaycanda uzunömürlülüyə təsir edən amilləri AÇIQLAYIB
Yusif Nəzərli
07:44 16.03.2023
Gündəm
579
"Report"un məlumatına görə, qurumun İcraçı direktorunun müavini Araz Nəsirov "Viva la vida" uzunömürlülük üzrə beynəlxalq konqres və sərginin açılış mərasimində bildirib ki, Azərbaycan qədim zamanlardan özünün uzunömürlülüləri ilə tanınır.
Onun sözlərinə görə, uzunömürlülük yolunda vacib və ilk addım bədənin fiziki ehtiyatlarının dəqiq diaqnozudur:
"Ölkəmizdə uzunömürlülərin çox yaşamasının bir neçə səbəbi var. İlk olaraq onlarda adaptiv-kompensator mexanizmlər güclü olur. Səbəblər arasında irsi, ekoloji faktorlar və yaşam tərzi də var. İrsi və ekoloji faktorlar adətən bir-birini şərtləndirir. Azərbaycanda 90 yaşına çatmış insan uzunömürlü hesab edilir. Dünya üzrə bu yaş həddi 100-dür. Statistikaya əsasən, ölkəmizdəki uzunömürlülər daha çox görmə və eşitmə üzvlərinin xəstəliklərindən əziyyət çəkirlər".
A.Nəsirov əlavə edib ki, bu gün bütün dünyada tibb elminin qaşısında yalnız hansısa xəstəliklərin müayinə və müalicəsi, cərrahi müdaxilələr və s. dayanmır: "Bu gün dünya tibbi insanların həyat keyfiyyətini yaxşılaşdırmağı, uzunömürlülüyü təmin etməyi də əsas hədəflərə çevirib. Yaşlanma prosesini yavaşlatmaq, alternativ psixologiya yöntəmləri ilə beyin və zehni sağlamlığı təmin edərək mənəvi uzunömürlülüyə nail olmaq, yaşlanma əleyhinə təbabət - kök hüceyrə və gen terapiyası texnologiyaları kimi sahələrə daha çox diqqət göstərmək müasir səhiyyənin qarşıya qoyduğu əsas məsələlərdəndir. Düşünürəm ki, bu sahələrdə də kifayət qədər yeniliklərə imza atılır, müasir tendensiyalar izlənilərək davamlı sağlamlıq üçün uğurlu metodlar tətbiq olunur.
TƏBİB olaraq biz də tibbi xidmətlərin keyfiyyətini yüksəltməklə vətəndaşların həyat keyfiyyətini artırmağa, uzun və sağlam yaşamlarını təmin etməyə çalışırıq. Eyni zamanda insanları aktiv həyat tərzinə, sağlam qidalanmaya üstünlük verməyə və zərərli vərdişlərdən uzaq olmağa çağırırıq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya