
Türkiyəli General: "Şərq" Azərbaycanda qəzetçiliyin əsas qalalarından biridir
08:55 01.11.2024
Gündəm
437
Müstəqillik dövrü Azərbaycan mətbuatının ən populyar və ciddi qəzetlərindən biri olan "Şərq" qəzetinin yaranmasından 28 il ötür. Öz dəsti-xətti olan qəzet 1996-cı ilin noyabrın 1-dən nəşr olunmağa başlayıb. "Şərq" qəzeti müasir Azərbaycan oxucusunun zövqünün formalaşmasında, cəmiyyətdə baş verən ictimai-siyasi proseslərin xalqa çatdırılmasında tarixi missiyasını şərəflə yerinə yetirməyi bacaran azsaylı mətbuat orqanlarından biridir. Yarandığı gündən Azərbaycanın dövlət maraqlarını hər şeydən üstün tutan "Şərq" qəzeti milli mətbuatımızın "Əkinçi"dən gələn tarixi ənənələrini yaşadıb və inkişaf etdirib. Bu gün də öz yoluna sadiq qalan "Şərq" mətbu sözü qoruyan ciddi media qurumudur.
28 yaşlı "Şərq"ə təbriklər gəlməyə başlayıb. Qəzetimizi təbrik edənlər arasında müxtəlif mövzularda mütəmadi müraciət etdiyimiz müsahibimiz Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş hərbi attaşesi, dəyərli generalımız Yücel Karaüzdür. General öz təbrikində "Şərq"in şərəfli yol qət etdiyini vurğulayıb:

"150 yaşına yaxınlaşan Azərbaycan mətbuatı içərisində "Şərq" qəzeti 28 yaşını qeyd edir. "Şərq" qəzeti 28 il boyunca Azərbaycan dövlətçiliyi, millətçiliyi, xalqın milli mənafeləri istiqamətində şərəfli fəaliyyət yolu keçib. Azərbaycan tarixinin, mədəniyyətinin və dəyərlərinin cəmiyyətdə təbliği yönündə, ictimaiyyətin maarifləndirilməsində "Şərq"in rolu çox böyük və mühümdür. "Şərq" Azərbaycanda qəzetçiliyin əsas qalalarından biridir. Qəzet nəşrə başladığı gündən etibarən sadəcə Azərbaycan üçün deyil, bütün türk dünyası üçün faydalı işlər görüb. Mən "Şərq"in 28 yaşını təbrik edirəm, 50 və 100 yaşını qeyd etməyi arzulayıram".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya