Umayra Tağıyevanın rəhbərlik etdiyi nümayəndə heyəti Finlandiyaya səfər edib - FOTO
Yusif Nəzərli
08:45 26.03.2023
Gündəm
561
Ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyevanın rəhbərlik etdiyi nümayəndə heyəti 22-24 mart tarixlərində Finlandiyaya səfər edib.
Nazirlikdən verilən məlumata görə, meteorologiya və ətraf mühit sahəsində əməkdaşlığın genişləndirilməsi, su ehtiyatlarından səmərəli istifadə imkanlarının müzakirəsi məqsədilə ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyevanın başçılıq etdiyi nümayəndə heyətinin Finlandiyaya səfəri başa çatıb.
Milli Hidrometeorologiya Xidmətinin bir qrup əməkdaşından ibarət nümayəndə heyəti Finlandiya Meteorologiya İnstitutunda (FMİ) təşkil edilən görüş və silsilə seminarlarda iştirak edib.
FMİ-nin direktoru Jussi Kaurola ilə keçirilən görüşdə, tərəflər arasında yaranmış işgüzar əlaqələrin, hidrometeoroloji xidmətlərin keyfiyyətinin yüksəldilməsi və müasir tələblərə cavab verən erkən xəbərdarlıq sisteminin qurulmasında mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.
Finlandiya Ətraf Mühit nazirinin müavini, dövlət katibi xanım Terhi Lehtonen Azərbaycan nümayəndə heyətini qəbul edib. Görüş zamanı iki ölkə arasında yaranmış əməkdaşlıq əlaqələrinin müsbət dinamikası qeyd olunub, Azərbaycanda iqlim dəyişmələri sahəsində aparılan mütərəqqi siyasət, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazilərində netto-sıfır emissiya zonasının yaradılması istiqamətində birgə əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.
Finlandiyaya səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Finlandiya Ətraf Mühit İnstitutunda keçirdiyi görüşdə ölkəmizdə su təsərrüfatının effektiv idarəçiliyi, habelə su ehtiyatlarının mühafizəsi üzrə institutda hazırlanmış modelləşdirmə, proqnozlaşdırma və digər rəqəmsal texnologiyalardan istifadə imkanları müzakirə edilib, bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi üçün yol xəritəsinin hazırlanması təklif olunub.
Səfərin yekununda Azərbaycanın nümayəndə heyətinin üzvləri təşkil edilmiş görüşlər və seminarlarda fəal iştirakına görə müvafiq sertifikatlarla təltif edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya