
Unudulmaz sənətkar! - Rübabə Muradovanın doğum günüdür
Yusif Nəzərli
06:55 22.03.2023
Gündəm
539
Bu gün Azərbaycanın unudulmaz xanəndəsi, Xalq artisti Rübabə Muradovanın doğum günüdür.
Oxu.Az xəbər verir ki, o, 22 mart 1933-cü ildə İranın Ərdəbil şəhərində anadan olub.
R.Muradova Sabirabadda dram teatrında təhsil alıb. Daha sonra Ələsgər Ələkbərov təsadüfən onu görüb Bakıya Filarmoniyaya dəvət edib.
O, 1954-cü ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub. 1955-ci ildə isə A.Zeynallı adına Bakı Musiqi Məktəbini (Seyid Şuşinskinin sinfini) bitirib.
1971-ci ildə Azərbaycan SSRİ Xalq artisti adına layiq görülüb. Güclü, təsirli və müxtəlif çalarlı səsə, orijinal ifaçılıq üslubuna malik müğənni 1954-cü ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub.

Azərbaycan musiqi tarixində böyük xidmətləri olan R.Muradova uzun illər Opera və Balet Teatrının solisti kimi “Leyli və Məcnun”, “Əsli və Kərəm”, “Şah İsmayıl”, “Aşıq Qərib” operalarında baş rolları ifa edib. Onun ifasında olan Leyli (“Leyli və Məcnun”, Üzeyir Hacıbəyov), Əsli (“Əsli və Kərəm”, Üzeyir Hacıbəyov), Xanəndə qız (“Koroğlu”, Üzeyir Hacıbəyov), Ərəbzəngi (“Şah İsmayıl”, Müslüm Maqomayev), Şahsənəm (“Aşıq Qərib”, Zülfü Hacıbəyli), Sənəm (“Gəlin qayası”, Ş. Axundova) “Şərəf nişanı” ordeni ilə təltif edilib.
Xalqın sevimlisi Rübabə Muradova 28 avqust 1983-cü ildə 50 yaşında Bakıda vəfat edib və Yasamal rayonunda yerləşən qəbiristanlıqda dəfn edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya