Yeni dünya düzənində yüksək statusla iştirak edə bilirik - Zahid Oruc
23:30 07.11.2024
Gündəm
403
Zahid Oruc: “İndi biz təkcə coğrafi deyil, həm də siyasi olaraq böyümüşük, beynəlxalq nüfuz və çəkimiz artıb”
“Avropanın mərkəzində, məsələn, Lüksemburq istənilən hərbi savaşda məğlub olub ayaqda qala bilər, çünki Avropada şərtlər başqadır, lakin təkcə qaliblərə yaşamaq haqqı verən Qafqazlarda müharibəni uduzub müstəqil dövlət qurmaq mümkün deyil. Prezident siyasi mövcudluğun əsas təminatını-qalib ordunu dünyaya göstərdi". Bunu Milli Məclisin iclasnda deputat, İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib. Deputat deyib ki, düşmənin əliylə beyinlərə qəsdən yeridilən, “bu xalqdan əsgər çıxmaz” dəyənlərin qarşısına sinəsində 70 min orden və medalı daşıyan Qüvvələri qoydu: "İlham Əliyevin Ali Baş Komandanlığı konstitusion normadan çox, müharibədə qazanılan tituldur. Bütün əvvəlki formasiya və quruluşlarda azadlıq, qalibiyyət istəyən liderlərin idealları çin olub. Son 2 əsrdə ilk dəfə ermənilərə sərhədi böyük dövlətlər yox, məhz Azərbaycan göstərir. Əgər birinci Qarabağ savaşı SSRİ-nin dağılmasının siqnalı olmuşdusa, Vətən müharibəsi qlobal layları tərpədərək, Azərbaycana taleyini başqalarının yox, ilk dəfə bizim dövlətə dünyanın yenidən bölüşdürülməsində iştirak fürsəti verdi. İndi biz təkcə coğrafi deyil, həm də siyasi olaraq böyümüşük, beynəlxalq nüfuz və çəkimiz artıb. Ona görə də yeni dünya düzənində yüksək statusla iştirak edə bilirik. Hərbi meydanda olduğu kimi, diplomatik savaşda da elə bir sülh müqaviləsi qazanmalıyıq ki, dövlətimiz bir daha 3-cü, 4-cü Qarabağ savaşına çəkilməsin. Torpaq yarımçıq olanda, insan da natamam olur. Təkcə ərazi və suverenlik yox, 20 faizlik sindromdan xilas olan bütöv vətəndaşa çevrilmişik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət