Qafqazda nüfuz dairəsi uğrunda savaş genişlənir
Yusif Nəzərli
08:12 18.01.2023
Aktual
538
Avropa İttifaqının yeni missiyası bu dəfə təkcə Ermənistan-Azərbaycan sərhədini deyil, bütün Ermənistan ərazisini müşahidə edəcək
Avropa İttifaqı 1 aydan sonra Ermənistana yeni müşahidə missiyası göndərəcək. Bu dəfə missiya 2 aylıq deyil, 2 illik müddətə gələcək. Məlumata görə, missiya fevralın 20-də başlayacaq. Məsələ Avropa İttifaqı səfirlərinin görüşündə müzakirə ediləcək, yekun qərar isə gələn həftə Avropa İttifaqının XİN başçılarının iclasında veriləcək.
Qərar ötən həftə Avropa Şurasının Siyasət və təhlükəsizlik komitəsi, həmçinin müşahidə missiyaları ilə məşğul olan əsas orqan - Böhranlı idarəetmə üzrə mülki işlər komitəsi tərəfindən təsdiqlənib. Keçən ilin oktyabrında Azərbaycan-Ermənistan sərhədinə göndərilən 40 nəfərlik qrupdan fərqli olaraq, budəfəki missiya bütün Ermənistan ərazisini əhatə edəcək. Missiya üzvlərinin 200 nəfərdən ibarət olacağı, o cümlədən silahsız olacağı vurğulanır.
Politoloq Turab Rzayev bildirib ki, budəfəki missiya 2022-ci ilin oktyabrında göndərilən 2 ay müddəti olan və 40 nəfərdən ibarət mülki missiyadan fərqli olacaq. Ekspert diqqətə çatdırıb ki, bu dəfə avropalı müşahidəçilər təkcə Ermənistan-Azərbaycan sərhədini deyil, bütün Ermənistan ərazisini müşahidə edəcəklər:
"Neçə müşahidəçinin gəlməsi və tam olaraq mandatları hələ bəlli deyil. Ancaq təxminən 200 müşahidəçinin ola biləcəyi qeyri-rəsmi mənbələrdə bildirilir. Azərbaycan-Ermənistan sərhədində hərbi baza yarada bilməyən Fransa, daha sonra rus sülhməramlıların Rusiya ilə birlikdə BMT mandatı altında sülhməramlı kontingent ilə dəyişdirilməsini tələb etmişdi. Həm anqlosakson blokdan (ABŞ, Böyük Britaniya), həm də Rusiyadan dəstək almayan bu həqdən sonra, Fransa Ermənistandakı rus hərbi kontingentinin beynəlxalq koalisiya ilə (yenə BMT mandatı altında) əvəz edilməsi təklifini vermişdi. Bu təklif İrəvan tərəfindən də dəstəklənir. Gümrüdə rus hərbi bazasının əleyhinə etiraz aksiyaları keçirilən bu ərəfədə, Aİ-nin bu addımını Qafqazda nüfuz dairəsi uğrunda savaşda növbəti gediş kimi də görmək olar".
Oxşar xəbərlər
Göy məscidin iclas zalına erməni şairinin adı verildi - Dilqəm Əhməddən SƏRT ETİRAZ
18:39 12.11.2026
Artıq təkcə ev-eşik deyil, brend və nüfuz da pulla ölçüləcək - Qiymətləndirmədə yeni dövr
16:42 12.11.2026
Xəbər lenti
Hamısına bax
Məhkəmə general-mayor Natiq Əliyevin qızı ilə bağlı qərar verdi
18:48 12.11.2026
Hadisə
Ağ Evin yaxınlığında silahlı insident: azı 4 nəfər yaralanıb
18:33 12.11.2026
Dünya
Rusiya Prezidenti: Ukraynada əbədi sülh istəyirəm
18:20 12.11.2026
Gündəm
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
18:14 12.11.2026
Dünya
Paşinyan və nazirlərin maaşlarının artırılması təxirə salındı
17:59 12.11.2026
Region
ABŞ Avropa ilə yeni təhlükəsizlik arxitekturasını müzakirə edir
17:55 12.11.2026
Gündəm
Tramp: İranla razılaşmaya ehtiyacımız yoxdur
17:35 12.11.2026
Gündəm
AZAL-ın gənc pilotu təlim uçuşlarını başa vurub - FOTO
17:15 12.11.2026
Gündəm
Bir ailənin 9 üzvü plov və pomidor turşusundan zəhərləndi
17:13 12.11.2026
Hadisə
Sona Qazaryan: KTMT artıq özünü tükədib
16:45 12.11.2026
Gündəm
Prezident İlham Əliyev Dublində Maya Sandu ilə görüşüb
16:21 12.11.2026
Gündəm
Prezident İlham Əliyev Dublində mühüm tədbirdə iştirak edir
16:03 12.11.2026
Gündəm
“Azərsun Holdinq” yerli fermerlərdən zeytun qəbulunu davam etdirir
15:37 12.11.2026
Ölkə