
Ermənistan NATO-ya meyillənir?- “KTMT-dən narazıdır, yəqin..."
Yusif Nəzərli
09:19 18.01.2023
Aktual
698
NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina bu həftə Azərbaycana və Ermənistana səfər edəcək.
Bu barədə Şimali Atlantika Alyansının Brüsseldəki qərargahından məlumat verilib.
Məlumata görə, səfər iki ölkənin rəsmiləri ilə sistematik siyasi məsləhətləşmələrin bir hissəsidir. Xüsusi nümayəndə regionda təhlükəsizlik sahəsində baş verən hadisələr və NATO-nun bu ölkələrlə tərəfdaşlığı haqda yüksək vəzifəli rəsmilərlə fikir mübadiləsi aparacaq.
Səfərin dəqiq tarixi isə açıqlanmayıb.

Səfərin kodlarını "Sherg.az"a açan politoloq Elxan Şahinoğlu bildirib ki, NATO ilə Azərbaycanın əməkdaşlığı uzun müddətdir davam edir:
"Azərbaycanın NATO-ya üzvlük hədəfi yoxdur. Lakin Azərbaycan öz ordusunu NATO standartlarına əsasən yüksəltməyə çalışır. Türkiyə ilə hərbi, strateji ittifaq da bundan xəbər verir. İl yeni başlayıb, yəqin birlikdə gerçəkləşdiriləcək layihələrdən söz açılacaq.
Beynəlxalq təşkilatların nümayəndələri bölgəyə səfər edəndə balansı qorumağa səy göstərirlər. Həm Ermənistana, həm də Azərbaycana səfərə yollanırlar. Ermənistan Azərbaycan səviyyəsində olmasa da, NATO ilə əməkdaşlığa malikdir. Görək, Ermənistan NATO ilə hansı proqramlarda iştirak etmək istəyir?
Ermənistan Rusiyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü kimi NATO ilə məsafə saxlayırdı. İndi həmin təşkilatdan narazıdır. İrəvanda birgə layihələrin reallaşması istiqamətində müzakirələr aparılması da gözləniləndir".
Oxşar xəbərlər
Göy məscidin iclas zalına erməni şairinin adı verildi - Dilqəm Əhməddən SƏRT ETİRAZ
18:39 12.11.2026
Artıq təkcə ev-eşik deyil, brend və nüfuz da pulla ölçüləcək - Qiymətləndirmədə yeni dövr
16:42 12.11.2026
Xəbər lenti
Hamısına bax
Ağ Evin yaxınlığında silahlı insident: azı 4 nəfər yaralanıb
18:33 12.11.2026
Dünya
Rusiya Prezidenti: Ukraynada əbədi sülh istəyirəm
18:20 12.11.2026
Gündəm
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
18:14 12.11.2026
Dünya
Paşinyan və nazirlərin maaşlarının artırılması təxirə salındı
17:59 12.11.2026
Region
ABŞ Avropa ilə yeni təhlükəsizlik arxitekturasını müzakirə edir
17:55 12.11.2026
Gündəm
Tramp: İranla razılaşmaya ehtiyacımız yoxdur
17:35 12.11.2026
Gündəm
AZAL-ın gənc pilotu təlim uçuşlarını başa vurub - FOTO
17:15 12.11.2026
Gündəm
Bir ailənin 9 üzvü plov və pomidor turşusundan zəhərləndi
17:13 12.11.2026
Hadisə
Sona Qazaryan: KTMT artıq özünü tükədib
16:45 12.11.2026
Gündəm
Prezident İlham Əliyev Dublində Maya Sandu ilə görüşüb
16:21 12.11.2026
Gündəm
Prezident İlham Əliyev Dublində mühüm tədbirdə iştirak edir
16:03 12.11.2026
Gündəm
“Azərsun Holdinq” yerli fermerlərdən zeytun qəbulunu davam etdirir
15:37 12.11.2026
Ölkə
Prezident İlham Əliyev Dublində Volodimir Zelenski ilə görüşüb
15:13 12.11.2026
Gündəm