Keyfiyyətli dondurmanı necə seçməliyik? - Qida mütəxəssisi
14:07 10.08.2023
Cəmiyyət
746
"Dondurma yay aylarında ən çox yeyilən məhsullardandır. Xüsusilə də, tərkibində süd məhsulu var, ona görə də xarab olmağa daha çox meyillidir".
Bunu "Sherg.az"a Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib. Ekspertin sözlərinə görə, düzgün şəkildə hazırlanmayan, saxlanılmayan dondurmalar bir çox xəstəliklərə, eyni zamanda mədə-bağırsaq sistemində pozulmalara səbəb ola bilər:
"Yay aylarında müvafiq qurumlar monitorinqlər aparsa da, bunun hər bir nöqtəyə çatmadığı açıq-aşkar ortadadır. Bəzən dondurmalar açıq şəkildə, çəki ilə satılır. Eyni zamanda günəş altında satılanlar da risk qrupuna daxildir. Çünki belə dondurmaların üzərində etiket məlumatları yazılmadığına görə, təzəliyi və ya köhnəliyini bilmək olmur. Həmin desertlərdə meyvə, dadlandırıcı, mürəbbə və cemlər istifadə olunur. Həmçinin souslardan yararlanırlar ki, bunlar da daha təhlükəlidir. Açıq şəkildə satılan dondurmanın saxlanma müddəti 2-3 günü keçməməlidir".
Mütəxəssis keyfiyyəti, mənşəyi bəlli olmayan yerdən dondurmanın alınmasını məsləhət görmür:
"Çünki dondurma süd, qaymaq, kərə yağından hazırlanan bir desertdir. Lakin bu gün çox ucuz qiymətə də dondurmalar satılır. Həmin desertlər süd, qaymaq, kərə yağından deyil, hər hansı bir dadlandırıcılar, kimyəvi qatqı maddələrindən ibarət bir kütlədir. Bunlar da insan orqanizmində qaraciyər və böyrəklərdə toksinlərin yığılmasına və böyrək çatışmazlığına səbəb ola bilər. Paketlənmiş dondurma alacağıqsa, bu zaman diqqət edəcəyimiz əsas məqam istehsalçı şirkətin bütün məlumatları (ünvan əlaqə nömrəsi, dondurmanın tərkibi) kağızın üzərində qeyd edilməlidir. Ən azı 70 faizini süd, qaymaq, kərə yağı, digər 30 faizini isə köməkçi maddələr təşkil etməlidir".
M.Hüseynova bildirib ki, digər diqqət etməli olduğumuz məqamlardan biri dondurmanı yeyərkən ağızda xoşagəlməz, acı dadın hiss edilməsidir:
"Bu onun tərkibinin keyfiyyətsiz olduğunun göstəricisidir. Dondurma gün ərzində yayda 150-200 qramı keçməmək miqdarı ilə qəbul olunmalıdır. Yeməkdən sonra yemək tövsiyə edilmir. Yaxşı olar ki, ara yemək vaxtında yeyilsin. Dondurmadan əvvəl və ya dərhal sonra isti maye, qida qəbulu da dişlərin, damağın zədələnməsinə səbəb ola bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət