Azərbaycan və Əlcəzair XİN arasında siyasi məsləhətləşmələr olub
15:43 29.11.2023
Gündəm
404
Bakıda Azərbaycan Xarici İşlər Nazirliyi ilə Əlcəzair Xalq Demokratik Respublikasının Xarici İşlər və Xaricdəki Milli İcma Nazirliyi arasında siyasi məsləhətləşmələrin ilk iclası keçirilib.
XİN-dən APA-ya verilən xəbərə görə, Azərbaycan tərəfindən siyasi məsləhətləşmələrə xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, Əlcəzair tərəfindən isə xarici işlər və xaricdəki milli icma nazirliyinin baş katibi Lounes Magraman rəhbərlik edib.
Ətraflı
Məsləhətləşmələr zamanı Azərbaycanla Əlcəzair arasında mövcud dostluq və əməkdaşlıq münasibətlərinin genişləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, iqtisadi-ticarət əlaqələrinin şaxələndirilməsi və parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsi, eləcə də qarşılıqlı yüksək səviyyəli səfərlərin intensivləşdirilməsinin əhəmiyyəti vurğulanıb.
İclas zamanı həmçinin təhsil, mədəniyyət, turizm, səhiyyə və bir sıra başqa sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub, iki ölkənin aidiyyəti qurumlarının iştirakı ilə Birgə İqtisadi Komissiyanın təsis edilməsinin müvafiq istiqamətlərdə ikitərəfli əlaqələrinin inkişafına təkan verəcəyi vurğulanıb.
Çoxtərəfli əməkdaşlıq platformaları çərçivəsində əməkdaşlıq məsələlərinə toxunan tərəflər, BMT, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində mövcud təmasların səviyyəsindən məmnunluq ifadə ediblər. Ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi dövründə irəli sürülmüş təşəbbüslərin Hərəkatın beynəlxalq münasibətlər sistemində mövqeyinin möhkəmlənməsinə xidmət etməsi təqdir olunub, beynəlxalq təşkilatlar çərçivəsində bundan sonra da ikitərəfli əməkdaşlığın müsbət dinamikasının qorunub saxlanmasının vacibliyi diqqətə çatdırılıb.
İclasda habelə regional və beynəlxalq siyasi proseslər ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
14:21 04.11.2026
Region