Hidrometeorologiya Xidməti təhlükəli dalğalar barədə məlumat yayıb
Yusif Sultanoğlu
06:16 30.11.2023
Cəmiyyət
507
Milli Hidrometeorologiya Xidməti Xəzər dənizində müşahidə olunan təhlükəli dalğalar barədə məlumat yayıb.
Xidmətdən APA-ya verilən məlumata görə, Xəzər dənizində güclü dalğalanma xüsusilə payız və qış aylarında əsən güclü şimal və cənub istiqamətli küləklər zamanı yaranır. Şimali Xəzər dalğa rejiminə görə dənizin digər hissələrindən xeyli fərqlənir. Burada dərinliyin az olması nəticəsində dalğalar ən böyük hündürlüyə külək sürətinin 15-20 m/s qiymətlərində çatır. Ən böyük dalğalar (8 m-ə qədər) Orta Xəzərlə sərhəd ərazilərində cənub küləklərində müşahidə edilir. Orta Xəzərdə ən intensiv dalğalanma şimal-qərb istiqamətli küləklər əsən zaman Abşeron yarmadasında, şimal küləklərində isə ondan şimala doğru ərazilərdə müşahidə edilir. Dalğalanma nöqteyi-nəzərdən Xəzər dənizinin ən təlatümlü rayonları bunlardır: sahil zonaları üzrə Dərbəddən Abşerona qədər ərazi, açıq dəniz rayonlarında isə Abşeron astanasına bitişik dəniz akvatoriyası:
"Xəzər dənizi üzərində güclü, qasırğalı küləklər cərəyan edir və belə küləklərə təqribən ilin 250 günü rast gəlmək mümkündür. Sözsüz ki, bu küləklər dəniz səthini hərəkətə gətirir, dalğalanmaya səbəb olur. Sahilə yaxınlaşdıqca dalğaların dəniz dibinə sürtünüb zəiflədiyi halda dalğalanma dərəcəsinin qiyməti də azalır.
Xəzər dənizi üçün maksimum dalğa hündürlüyü Abşeron yarımadası akvatoriyası yaxınlığında qeydə alınır. Şimal-qərb istiqamətli qasırğaların gücü 25 m/san-yə qədər yüksəldikdə, qasırğanın episentrində dalğa hündürlüyü 7,5-8,0 m, ekstremal qasırğalar zamanı isə 9-10 m-ə qədər yüksəlir.
“Dəniz Hidrometeoroloji şəbəkənin modernləşdirilməsi” Dövlət İnvestisiya layihəsi çərçivəsində 2020-ci il 28 may tarixində Neft Daşları akvatoriyasında, iyunun 3-də 28 May neft yatağında, martın 23-də Darvin Bankəsi dəniz məntəqəsində, iyunun 14-də Xərə-Zirə adası yaxınlığında 4 dəst avtomat stansiyalar (AWS-430) quraşdırılaraq istifadəyə verilib".
Açıq dəniz akvatoriyasında yerləşən Milli Hidrometeorologiya Xidmətinin tabeliyində olan Neft Daşları İxtisaslaşmış Dəniz Hidrometeoroloji Stansiyasında aparılan müşahidə məlumatlarına əsasən 2013-2023-cü illər ərzində qeydə alınmış maksimal dalğaların hündürlüyü aşağıdakı qrafikdə verilib:
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
14:21 04.11.2026
Region
Zelenski Melaniya Trampı təltif etdi
13:48 04.11.2026
Dünya
Tramp üçün "topal ördək" mərhələsi başlaya bilər -ŞƏRH
13:42 04.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlanıb
13:14 04.11.2026
Aktual
Rafinya Ronaldinyoya çatdı
13:07 04.11.2026
Futbol
Bakıda noyabrın 9-a qədər yağış yağacaq - XƏBƏRDARLIQ
12:55 04.11.2026
Ekologiya
NATO Rusiya ərazisinə zərbə endirə bilər
12:48 04.11.2026
Gündəm
Göygöldə yol qəzasında iki nəfər xəsarət alıb
12:27 04.11.2026
Hadisə
Dəfnə görə ödənilən müavinətin məbləği artırılır
12:10 04.11.2026
Aktual