Qubadlının azad olunmasının dördüncü ildönümü ilə əlaqədar rayon ərazisinə media-tur təşkil olunub
Yusif Nəzərli
05:02 25.10.2024
Hərbi
662
Qubadlı rayonunun işğaldan azad olunmasının dördüncü ildönümü ilə əlaqədar rayon ərazisinə media-tur təşkil olunub.
APA xəbər verir ki, Qartız yüksəkliyinə təşkil edilən səfərdə Qubadlı rayonu və burada yerləşən yüksəkliklərin işğaldan azad olunmasının Azərbaycan Ordusuna qazandırdığı üstünlüklər barədə məlumat verilib.
Rayon uğrunda gedən döyüşlərdə şəhid olanların xarirəsi yad edilib. Bildirilib ki, Qubadlı rayonunun yüksəkliklərdən ibarət olması burada gedən döyüşlərin daha şiddətli keçməsinə səbəb olub. Bundan başqa, rayon ərazisində yerləşən Qartız dağının müharibə zamanı strateji əhəmiyyətə malik olduğu vurğulanıb. Qeyd olunub ki, buranın işğaldan azad olunması ətraf kəndlərin də Azərbaycan Ordusunun nəzarətinə keçməsinə şərait yaradıb.
Döyüşlərdə iştirak edən Komando üzvü deyib ki, oktyabrın 13-14-də Qubadlının 4 kəndi, ayın 23-də digər ətraf ərazilər və 25-də isə Qubadlı şəhəri işğaldan azad edilib: “Bu, bizim üçün çox qürurverici hiss idi. Qubadlının azad edilməsi bizim üçün digər rayonlarımızı da əlçatan etdi. Qubadlının azad olunması Laçına irəliləmək baxımından çox əlverişli idi”.
Qeyd olunub ki, Vətən müharibəsində döyüşlərin qızğın getdiyi ərazilərdən biri də Qubadlı rayonu olub: “Bildiyiniz kimi Qubadlı dağlıq olduğundan burada 1000-2000 metrlik yüksəkliklər mövcuddur. Məqsədimiz o zirvələri ələ keçirib düşməni tərksilah etmək idi. Düşmənin çox sayda texnika və canlı qüvvəsini məhv edib, çoxlu sayda qənimət ələ keçirdik”.
Komando döyüşçüsü deyib ki, düşmən strateji yüksəkliklərdə möhkəmlənərək güclü müqavimət göstərib: ”Buna baxmayaraq, Müzəffər Ali Baş Komandanın verdiyi əks-hücum əmri nəticəsində ordumuz Qubadlı və ətraf əraziləri azad etdi və düşməndən tamamilə təmizlədi”.
Media-turda iştirak edən hərbi ekspert Azər Bayramov vurğulayıb ki, hərbi-strateji baxımdan Araz çayı sahili ilə hərəkət edib, İranla sərhədi tam nəzarətə götürmək baxımından Azərbaycan Ordusunun qarşısında Qubadlının azad edilməsi tələbi qoyulub: “Azərbaycan Ordusu Qartız dağı və bir sıra digər adsız yüksəkliklərin alınması ilə Qubadlı şəhəri və bir sıra yüksəklikləri ələ keçirdi. Qubadlıda düşmən xeyli sayda texnika və qüvvə cəmləşdirmişdi. Buna baxmayaraq, Azərbaycan Ordusunun döyüş ruhu və cəsarəti qarşısında tab gətirə bilmədi”.
Bildirilıb ki, Qubadlının azad olunması ilə həm də Qafan-Gorus-Xankəndi yolu ordumuzun nəzarətinə keçib.
Ekspertin sözlərinə görə, Qubadlının azad olunması separatçıların Laçın vasitəsilə təchizatına da maneə yaradıb: ”Bundan sonra Şuşanın azad olunması mümkün oldu”.
Qeyd edək ki, Azərbaycan Ordusu Qubadlı şəhərini Vətən müharibəsinin 29-cu günündə, oktyabrın 25-də işğaldan azad edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ İrana qarşı əməliyyatda 11000-dən çox hədəfi vurub
01:36 29.03.2026
Dünya
ABŞ-la İsrailin hücumlarının əsl məqsədi aydınlaşır - Bəqai
00:04 29.03.2026
Region
ÜST: Livanda həlak olan səhiyyə işçilərinin sayı 50-ni keçib
23:42 28.03.2026
Dünya
İranın zərbəsi nəticəsində Amerika təyyarələri sıradan çıxıb
23:17 28.03.2026
Dünya
Göyərtəsində ABŞ dəniz piyadalarının olduğu gəmi Yaxın Şərqə çatıb
21:33 28.03.2026
Dünya
AFFA-nın daha yeddi liqasında oyunlar təxirə salındı
20:53 28.03.2026
Futbol
Bərzanin evi dron hücumuna məruz qalıb
20:39 28.03.2026
Dünya
Haaqada İrana dəstək aksiyasl keçirildi
20:12 28.03.2026
Dünya
Pezeşkian ABŞ-nin vədlərinə inanmır
19:20 28.03.2026
Gündəm
Mingəçevir su anbarında itkin düşən şəxslər tapıldı
18:53 28.03.2026
Hadisə
DİN: Vətəndaşlara yerində köməklik göstərilir
18:40 28.03.2026
Aktual
FHN su basmış ərazilərdən 84 nəfəri təxliyə edib
18:28 28.03.2026
Hadisə
Əgər nüvə silahı Zelenskinin əlinə keçərsə... - Zaxarova
17:37 28.03.2026
Dünya
Şimali Kiprin Baş naziri Azərbaycana səfər edəcək
17:21 28.03.2026
Siyasət