
Parlamentari: Azərbaycanın İƏT-ə sədrliyi həmin təşkilatının nüfuzunu daha da artıracaq
09:39 13.02.2025
Siyasət
508
Azərbaycan 2026-cı ildə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) sədrlik edəcək. Sədrlik 2026-cı ildə Azərbaycanda keçiriləcək İƏT-in 16-cı İslam Sammiti çərçivəsində ötürüləcək. Xatırladaq ki, 2024-cü il mayın 4-də Qambiya Respublikasında İslam Əməkdaşlıq Təşkilatının 15-ci İslam Sammitində 2026-cı ildə İƏT-in 16-cı İslam Sammitinin Azərbaycanda keçirilməsi təsdiqlənib.
Azərbaycan beynəlxalq arenada nüfuzunu getdikcə gücləndirir və mühüm təşkilatların idarəçiliyində daha fəal rol oynayır. Bu baxımdan, ölkəmizin 2026-cı ildə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) sədrlik etməsi əhəmiyyətli hadisədir.
Milli Məclisin deputatı Aydın Hüseynov “Sherg.az”a bildirib ki, ölkəmizdə keçirilən bütün beynəlxalq tədbirlər ən yüksək səviyyədə təşkil olunur:

“Biz bunun üçün çoxlu nümunələr gətirə bilərik. Məsələn, bu yaxınlarda ölkəmizdə baş tutan COP29 konfransı təşkilatçılıq, iştirakçıların sayı və qəbul olunan qərarların növbəti mərhələdə daha ünvanlı olması baxımından ən nümunəvi tədbirlərdən biri idi. Eyni zamanda Azərbaycanın bir çox beynəlxalq təşkilatlarda rəhbərliyi olub. Azərbaycan Qoşulmama Hərəkatına (QH) 4 il sərdlik edib. Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatından (BMT) sonra ikinci ən böyük platformadır. Azərbaycan Qoşulmama Hərəkatına rəhbərlik etməklə təşkilatı ən yüksək səviyyədə təmsil etməyi bacardı. Həmçinin Azərbaycan hazırda Asiya Parlament Assambleyasına sədrlik edir. Bir neçə gündən sonra Asiya Parlament Assambleyasının plenar iclası Bakıda baş tutacaq. Bu təşkilata sədrliyi dövründə də Azərbaycan tərəfindən nümunəvi addımlar atıldı. 2026-ci ildə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) sədrliyinin Azərbaycan keçməsi ölkəmizin bu sahədəki təcrübəsindən xəbər verir. Azərbaycan İƏT-ə sədrlik etməklə daha məqsədli fəaliyyət ortaya qoyacaq. Azərbaycan beynəlxalq hüquqa çox hörmətlə yanaşır və bütün dövlətlərin maraqlarının ifadə olunmasını həmişə ön plana çəkir. Burada təbii ki, Azərbaycanın milli maraqları qorunur. Ümumiyyətlə Azərbaycan qarşılıqlı iqtisadi, siyasi, mədəni və digər əlaqələrin formalaşmasına öz töhfəsivi verir. Azərbaycanın İƏT-ə sədrliyi həmin təşkilatının nüfuzunu daha da artıracaq və nəticəsi olan işlər görüləcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çində süni intellekt səfərbərliyə cəlb ediləcək
04:24 02.09.2026
Maraqlı
“Tottenhem” Mudriki “Çelsi”dən icarəyə götürüb
03:49 02.09.2026
Futbol
Təcavüzdə ittiham olunan şahzadənin anası kraliça oldu
03:13 02.09.2026
Şou
Böyük sinəli qadınlarda bu təhlükəli vəziyyət ola bilər
02:32 02.09.2026
Sağlamlıq
SEPAH: ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirilib
01:58 02.09.2026
Region
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə