Serbiya səfiri: İnanıram ki, Azərbaycan hökuməti Böyük qayıdış proqramını uğurla başa çatdıracaq
12:02 21.06.2025
Gündəm
387
“Mən ilk dəfə bura 2021-ci il iyunun 21-də səfər etmişdim. Hazırda isə bu əraziləri tanımaq mümkün deyil”.
APA-nın Qarabağ bürosu xəbər verir ki, bunu Serbiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Draqan Vladisavljeviç Ağdama səfəri zamanı deyib.
O vurğulayıb ki, görülən işlər Azərbaycan dövlətinin səylərinin nəticəsidir:
“Elə indicə həmkarlarıma çəkdiyim fotoşəkilləri göstərirdim. Mən ilk dəfə bura 2021-ci il iyunun 21-də səfər etmişdim. Hazırda isə bu əraziləri tanımaq mümkün deyil. Həmin vaxt ətrafda dağıntılar var idi, indi isə görürük ki, Azərbaycan hökuməti tərəfindən burada çox mühüm tikinti işləri həyata keçirilib. Bütün bunlar çox xoşdur. Bu, əlbəttə, sizin hökumətinizin və dövlətin göstərdiyi səylərin nəticəsidir”.
Diplomat ölkəmizin Böyük qayıdış proqramını uğurla başa çatdıracağına əminliyini ifadə edib:
“Mən inanıram ki, Böyük qayıdış proqramı böyük uğurla həyata keçirilir. Əminəm ki, ölkəniz yekun nəticədə sakinlərin hamısının öz evlərinə qayıdışı prosesini uğurla tamamlayacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya