
Putin müharibədə dönüş edə bilməyəcək - ŞƏRH
06:10 22.06.2025
Siyasət
644
Rusiyanın gələcəyi qaranlıqdır
Ukrayna Donbas və Novorossiyada (Ukraynanın işğal edilən və Rusiyaya birləşdirilən əraziləri nəzərdə tutulur – red.) keçirilən referendumun nəticələrini tanımalıdır. Bu sözləri Rusiya lideri Vladimir Putin deyib. O, həmçinin bildirib ki, Ukraynada vəziyyəti nizamlayanda rus dilinin və rusiyapərəst sakinlərin hüquqları təmin edilməlidir. Putin Ukrayna rəhbərliyindəki “nasist elementlərin” aradan qaldırılmalı olduğunu vurğulayıb. "Rus əsgərinin ayağının dəydiyi ruslarındır" deyən Putin cümləsini bu şəkildə genişləndirib:
"Rus əsgərinin ayaq basdığı bütün ərazilər Rusiyanındır. Rus və ukraynalılar eyni xalqdır. Bu mənada bütün Ukrayna bizimdir". “Teleqraf” nəşri yazıb ki, böyük itkilərə və Rusiya əhalisinin əksəriyyətinin aşkar sülh istəyinə baxmayaraq, Prezident Vladimir Putinin Ukraynada müharibəni dayandırmaq istəməməsinin əsas səbəblərindən biri ultra-millətçi üsyan qorxusudur. Nəşr qeyd edir ki, hətta total senzura və əhalinin qorxudulması şəraitində belə Levada Mərkəzinin bu yaxınlarda keçirdiyi sorğu göstərib ki, rusiyalıların 59 faizi Ukrayna ilə sülh danışıqlarının başlanmasını dəstəkləyir, rusiyalı gənclər arasında isə bu rəqəm 76 faizdir. Bundan başqa, Putinə müharibə yox, bizneslə maraqlanan oliqarxlar da təzyiq göstərirlər: "Ancaq görünən odur ki, Putin rusiyalıların əksəriyyətinin səsinə qulaq asıb, əvəzində o, “ultra-millətçi azlığın” tələb etdiyi siyasəti həyata keçirir".

Politoloq Azər Qasımov "Sherg.az"a deyib ki, V.Putinin məntiqli fikir söyləmək ehtimalını gözləmək sadəlövlük olardı:
"Putin şovinist fikirlərdən başqa heç nə söyləmək iqtidarında deyil. Başqasının ərazisini öz torpağı hesab edənlərin düşüncələrində sivil heç nə axtarmaq olmaz. İsrail-İran müharibəsi ilə əlaqəli Rusiya-Ukrayna müharibəsi kölgədə qalsa da, müharibə tam sürəti ilə davam edir. Rusiya böyük itkilər hesabına kiçik ərazilər əldə edir. Ukrayna ordusu artıq Rusiyanın qarşısını almağı çoxdan öyrənib. Amma bu müharibə başqa müharibələrə bənzəmir. İran-İsrail bitəcək, Rusiya-Ukrayna müharibəsi uzun müddət davam edəcək. Rusiya həmişəki kimi çıxılmaz vəziyyətdədir. Müharibədə dönüş etmək gücündə deyil. Hesab edirəm ki, Rusiya üçün bundan sonra da əvvəlkindən yaxşı olmayacaq. Sadəcə, Putin müxtəlif manevrlərlə vəziyyətdən çıxmaq yolları axtarır, amma ciddiyə alınmır. Görünən odur ki, axıra kimi də belə olacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya