İsrail Trampı gözləmədən hücum edə bilər – İDDİA
Yusif Nəzərli
23:52 21.06.2025
Gündəm
678
(Ölkəni tərk edən iranlılar Ermənistan sərhədindəki keçid məntəqəsində toplaşırlar)
İsrail və İran arasında 13 iyun tarixində Təhrana hücumla başlayan müharibə 10-cu günündə qarşılıqlı hücumlarla davam edir. ABŞ Prezidenti Donald Tramp İranla danışıqlar üçün maksimum iki həftə vaxt verdiyini bildirib.
Sherg.az xəbər verir ki, İsrail ordusu açıqlamasında İranın qərb və mərkəzi bölgələrindəki hərbi infrastrukturu, o cümlədən 15 döyüş təyyarəsi, 30-dan çox silah və raket qurğularının yerləşdiyi bölgələri vurduğunu bildirib. İran mediası isə hücum zamanı Tehranda bir xəstəxananın hədəf alındığını qeyd edib.
İranın cavab zərbələri
İran cavab olaraq onlarla ballistik raket atıb. Tel-Əviv, Hayfa və Be’er Şeva şəhərlərində gecə boyu hava həyəcan siqnalları səslənib. İsrail mənbələrinə görə, İranın hücumlarında ümumilikdə 25 raket atılıb. ABŞ-ın İnsan Haqları Fəalları Xəbər Agentliyinə əsasən, İsrailin indiyədək həyata keçirdiyi hücumlarda 639 nəfər ölüb.
Tramp: “Maksimum iki həftə vaxt verirəm”
Tramp, Avropalıların İranla danışıqlarının faydasız olduğunu bildirib və İranın ABŞ-la danışmaq istədiyini vurğulayıb. O, bunun üçün İran tərəfinə maksimum iki həftə vaxt verdiyini açıqlayıb.
İran: “Artıq MAQATE-yə və yoxlamalarına etibar etmirik”
İran Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami MAQATE-nin (Beynəlxalq Atom Enerjisi Agentliyi) İranın nüvə obyektlərinə edilən hücumlara səssiz qalmasını tənqid edib və təşkilata etimadın qalmadığını bildirib. O deyib: “MAQATE və rəhbəri Grossi bizim üçün artıq etibarsızdır, yoxlamaları isə İsrail üçün casusluq vasitəsidir.”
İran: Tel-Əviv və Hayfada 14 hərbi obyekt vuruldu
İran İnqilab Keşikçiləri Ordusunun sözçüsü general Əli Məhəmməd Nayini bildirib ki, Hayfa və Tel-Əvivdə yerləşən 14 strateji hərbi obyekt "Kədir-F" adlı uzaqmənzilli raketlərlə vurulub. Hədəf alınan obyektlər arasında İsrail Müdafiə Nazirliyinə bağlı süni intellekt şirkəti və Hayfanın mərkəzindəki hərbi sənaye proqram təminatı şirkətləri də var.
İran dövlət televiziyası bildirib ki, “Gerçək Vəd 3” əməliyyatının 19-cu mərhələsi başlayıb. İran İnqilab Keşikçiləri İsrailə qarşı pilotsuz uçuş aparatları ilə genişmiqyaslı hücum həyata keçirdiyini açıqlayıb.
Reuters agentliyinin məlumatına görə, İsrail rəsmiləri ABŞ rəsmiləri ilə görüşlərdə Trampın verdiyi iki həftəlik müddət dolmadan Fordo bazasına qarşı hərbi əməliyyata başlaya biləcəklərini bildiriblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya