
Qızına gələcək qurmaq istədi, BACARDI
14:09 25.06.2025
Cəmiyyət
549
Nurayın uğur hekayəsi Türkiyənin hər yerində nümunə oldu
Türkiyənin Nevşəhər bölgəsində yaşayan Nuray Görgün, qızına gələcək qurmaq arzusu ilə başladığı çiyələk yetişdiriciliyində, cəmi 5 ildə 60 min tinglik istehsalçıya çevrildi. Yalnız 5-6 çiyələkdən başlayan bu yol, qadın əməyinin və qətiyyətinin simvoluna çevrildi.
Sherg.az xəbər verir ki, Nuray xanımın bu işə başlaması YouTube-da izlədiyi çiyələk yetişdirmə videosu ilə oldu. İlk mərhələdə 13 min 500 tinglə yola çıxan Görgün, məhsulları ilə tezliklə tanındı və ətrafında güvən qazandı. O deyir: "Əvvəlcə qızım üçün iş yeri açmaq istədim, sonra böyük sevgi ilə davam etdim."

Tarlasında özü işləyən, suvarma sistemini quran, tingləri əlləri ilə əkən Nuray xanım hər şeyi internetdən öyrənib. “Qadın qadına işləyirik” deyən Görgün, həyat yoldaşının xatirəsinə bağlı olduğu bu torpaqlarda qadın gücünün nə qədər böyük olduğunu göstərir.
Onun fəaliyyəti əvvəlcə Nevşəhər Kənd Təsərrüfatı İdarəsinin, sonra isə Kənd Təsərrüfatı və Meşə Nazirliyinin diqqətini çəkdi. “Torpağa iz buraxan qadınlar” proqramı çərçivəsində Prezident Administrasiyasına dəvət olunan Görgünün uğur hekayəsi Türkiyənin hər yerində nümunə oldu. Bu il soyuq hava səbəbindən məhsul yığımına gec başlanılıb və həftəlik 1 tona qədər olan məhsul miqdarı 600-700 kiloqram civarına düşüb.
Görgün çiyələklərinin tam təbii olduğunu vurğulayır: “Hormon istifadə etmirəm. Polis, həkim, valilər də alırlar. Soyuducuda da 1 həftə xarab olmadan qalır.”
O, kənd təsərrüfatının səbir və sevgi tələb etdiyini söyləyərək, “Səhər saat 5:30-da tarlada olmalısan. Günəşi, yorğunluğu sevməlisən. 30 yaşdan sonra da başlamaq olar. Universitet oxumaq da olar, çiyələk yetişdirmək də,” deyə qadınlara ilham verir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət