Ağsu rayon sakininin polislər haqqında iddialarına münasibət bildirilib
09:31 06.09.2020
Hadisə
533
"Sosial şəbəkələrdəki bəzi səhifələrdə paylaşılan videogörüntülərdə Ağsu rayonunun Cəlayır kənd sakini Muğbil Qənbərovun Rayon Polis Şöbəsinin əməkdaşları haqqında iddiaları uydurmadır və qərəzdən irəli gəlir. Onun atası Malik Qənbərov DİN-in “102” xidməti-zəng mərkəzinə və Ağsu Rayin Polis Şöbəsinənə ərizə ilə müraciət edərək həmkəndlisi Saləməddin Əhmədov tərəfindən döyülməsini bildirib".
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Şərq"ə verilən məlumata görə araşdırma zamanı hadisənin şahidləri izahat verərək Malik Qənbərovun Saləməddin Əhmədovla mübahisə etdiyini, lakin sonuncunun M.Qənbərova hər hansı xəsarət yetirmədiyini bildiriblər.
Toplanmış material üzrə cinayət tərkibi olmadığından cinayət işi başlanmasının rədd edilməsi barədə Ağsu RPŞ-nin baş təhqiqatçısı Vüsal Hüseynov tərəfindən qərar qəbul edilib. Daha sonra avqustun 6-da Muğbil Qənbərov qisas almaq üçün özünün yük avtomobili ilə Saləməddin Əhmədovun evinin darvazasına vurub. Bu iki şəxs arasında mübahisə olduğundan və həmin mübahisə davam etdiyindən onlar münaqişəli qonşular kimi profilaktiki qeydiyyata alınıblar.
Muğbil Qənbərov öz çıxışında Cəlayır kənd sakini Gözəl Əhmədovanın sahəsinin zəbt edilməsi və ona təzyiqlərin olmasını da bildirib. Müəyyən edilib ki, may ayında G.Əhmədova yaşadığı evin həyətindəki hasarı sökərək həyətyanı sahəsini qanunsuz olaraq genişləndirib və bələdiyyənin nəzarətində olan torpağı zəbt edib. Avqust ayında həmin ərazinin bələdiyyəyə məxsus olması və onun bu torpağı zəbt etməsi barədə G.Əhmədovaya rəsmi bildiriş göndərilərək zəbt etdiyi torpaq sahəsini boşaltmayacağı təqdirdə barəsində qanunamüvafiq tədbir görüləcəyi bildirilib. Bundan sonra G.Əhmədova Daxili İşlər Nazirliyinə müraciət edərək kəndin Bələdiyyə sədri Ülvi Əhmədov barəsində şikayət və tələbinin olmadığını bildirib: "Muğbil Qənbərovun çıxışında Ağsu RPŞ-in İstintaq Qrupunun müstəntiqi polis baş leytenantı Rəhim Əhmədovun Səbuhi Nəsirovu döyərək xəsarət yetirdiyi barədə dedikləri də qərəzdən irəli gəlir. Səbuhi Nəsirov avqustun 9-da Ağsu rayon Polis Şöbəsinə dəvət olunmuş, lakin heç bir əsaslı səbəb olmadan ifadə verməkdən imtina etməklə, özünü pis hiss etdiyini deyərək RPŞ-nin ərazisini tərk edib. S.Nəsirov barəsində məcburi gətirilmə qərarı qəbul olunmuş və icrası Ağsu RPŞ-nin İTB-yə həvalə olunub. Bundan başqa, həmin görüntülərdə adları çəkilən kənd sakinləri Mikayıl Zeynalov və Əjdər Abbasov xırda xuliqanlıq hərkətlətinə yol verdikləri üçün İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə 50 manat məbləğində cərimə olunublar. Onlara qarşı hər hansı qanunsuz hərəkətlərə yol verilməyib".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Amerikalıların Moskva və Kiyev səfəri nəyi dəyişirdi?
20:51 07.09.2026
Dünya
"Neftçi" nigeriyalı hücumçu Adeleke Akinyemini transfer edib
20:44 07.09.2026
Futbol
Qucaqlaşmaq sadəcə sevgi deyil: Beyində bu prosesləri işə salır
20:36 07.09.2026
Sağlamlıq
Nə Rusiya, nə də Ukrayna kompromisə açıqdır - ŞƏRH
20:27 07.09.2026
Gündəm
Millimiz Moldovaya məğlub oldu
20:10 07.09.2026
Futbol
Polşa uzaqmənzilli pilotsuz uçuş aparatlarını sınaqdan keçirəcək
20:00 07.09.2026
Dünya
Rusiya Almaniyaya qarşı cavab tədbirləri görür
19:45 07.09.2026
Dünya
Güclü külək Bərdə, Tərtər və Ağdamda fəsadlar yaradıb
19:38 07.09.2026
Hadisə
Suriya İrana xəbərdarlıq etdi
18:37 07.09.2026
Dünya
SEPAH: Oman sahillərindən keçən gəmiləri də vuracağıq
17:36 07.09.2026
Dünya
Bakıda soyğunçuluq edən şəxs saxlanılıb
17:33 07.09.2026
Hadisə
Sülh danışıqları başlayır, amma müharibə SƏRTLƏŞƏ BİLƏR - ŞƏRH
17:31 07.09.2026
Gündəm
Şahdağ və Şamaxıya dolu düşüb - HAVA DURUMU
16:59 07.09.2026
Ekologiya
Rafael Qrossi: BMT-nin növbəti baş katibi mən ola bilərəm
16:37 07.09.2026
Dünya