Arvadını bıçaqla qətlə yetirən ər saxlanıldı - RƏSMİ
14:27 22.08.2020
Hadisə
710
Avqustun 22-də saat 13 radələrində Salyan rayon sakini Bəsti Səfərovanın iş yerində bıçaqla vurularaq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Rayon prokurorluğundan APA -ya verilən xəbərə görə, dərhal prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Salyan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
Aparılmış araşdırmalarla 1982-ci il təvəllüdlü Namid Əliyevin arvadı Bəsti Səfərovanın baş tibb bacısı işlədiyi Salyan rayon Mərkəzi xəstəxanasına gələrək qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla sonuncunun boyun nahiyyəsinə xəsarət yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Hadisə yerindən qaçmış Namid Əliyev həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Salyan rayonu ərazisində müəyyən edilib, o, Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə zəruri və intensiv istintaq tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
14:21 04.11.2026
Region