DYP sosial şəbəkələrdə yayılan video ilə bağlı açıqlama
yayıb
13:41 20.12.2020
Hadisə
676
Sosial şəbəkələrdə yol polisi ilə sürücünün mübahisəsini əks etdirən görüntülər tərəfimizdən araşdırılıb.
Sherg.az-ın məlumatına görə, bu barədə Bakı şəhər BPİ DYPİ-nin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov mətbuatın sorğusuna cavab olaraq bildirib ki, həmin görüntüdə əks olunan iddialar tibbi maskadan istifadə ilə bağlı olmayıb.
O bildirib ki, dekabrın 17-də dövlət nömrə nişanı olmadan Badamdar şosesində hərəkət edən 99-DE-405 “Şevrolet – Aveo” markalı avtomobilə “saxla” işarəsi verilməsinə baxmayaraq, sürücü – 1987-ci il təvəllüdlü Taleh Xəlilov yol polisinin qanuni tələblərinə məhəl qoymadan, avtomobilin duracağa qoyulacağını bildikdən sonra hərəkətini davam etdirib, növbəti kobud qayda pozuntusu yaradaraq qaçmağa çalışıb: “Avtomobili tək idarə edən şəxs yol polisini yayındırmağa çalışıraq, qadın tanışını yaxınlaşdığı ünvana çağırıb mübahisənin əsas tərəfinə çevirməyə və bunu kənardan videoqeydə aldırmaqla “həyat yoldaşının yanında polis ona təzyiq edir” görüntüsü yaratmağa cəhd edib. Avtomobil idarə etmək üçün müvafiq sənədləri və etibarnamə olmadan, 772 manat ödənməyən cərimə borcu olan şəxs qanunamüvafiq olaraq saxlanılaraq, Səbail RPİ 41-ci Polis Bölməsinə təhvil verilib.
Polis bölməsində sürücünün barəsində toplanan materiallara hüquqi qiymət verilməsi üçün Səbail Rayon Məhkəməsinə göndərilib”.
V.Əsədov diqqətə çatdırıb ki, yol polisinin qanuni tələblərinə məhəl qoymayan sürücü barəsində sosial şəbəkələrdə yayılan məlumatlar tam əsassızdır: “Tövsiyə edirik ki, polisin fəaliyyəti ilə bağlı ictimai fikrə yönələn istənilən informasiya DİN-in Mətbuat Xidməti ilə dəqiqləşdirilməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Karapetyanların evlərində axtarış aparılır - YENİLƏNDİ
10:47 04.11.2026
Region
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə
Obama Trampın partiyasının seçkidəki məğlubiyyətinə reaksiya verdi
10:19 04.11.2026
Gündəm
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm
CNN: Tramp seçkilərdə ən pis ssenarinin mümkünlüyünü etiraf edib
08:20 04.11.2026
Aktual
Böyrək xərçəngi yaradan – Hər gün yediyimiz 2 qida
07:17 04.11.2026
Sağlamlıq
"Sabah"ın baş məşqçisi "Vikinq"lə oyunöncəsi danışdı
06:44 04.11.2026
Futbol
Britaniya Avropa İttifaqı ilə yeni razılaşmaya hazırlaşır
06:17 04.11.2026
Dünya
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou
Xırdalanda itkin düşən 12 yaşlı qız tapılıb - YENİLƏNİB
04:19 04.11.2026
Hadisə