İsmayıllı-Qəbələ yolunu sel basdı - FOTO
08:50 04.08.2020
Hadisə
1235
İsmayıllı rayonuna yağan leysan fəsadlar törədib.
APA-nın yerli bürosunun xəbərinə görə, bir neçə saat davam edən leysan yağışından sonra dağlardan gələn sel suları rayonun Qurbanəfəndi kəndində və Şamaxı-Muğanlı-İsmayıllı-Qəbələ yolunda nəqliyyatın hərəkətində çətinlik yaradıb. Magistral yoldakı su ötürücüləri lil və çöküntülərlə dolduğu üçün avtomobil yolunu 100 metr məsafədə sel basıb. Sel sularının dağlardan gətirdiyi iri daşlar, ağac kötükləri və lil qatı yolun bir müddət bağlanmasına səbəb olub. Nəticədə Bakı-İsmayıllı-Qəbələ-Şəki istiqamətində və geriyə hərəkət edən yüzlərlə avtomobil yolda qalıb. Sel suları bəzi avtomobillərin içərisinə dolub. İsmayıllı rayon yol-istismar idarəsinin texnikaları əraziyə cəlb olunub, yolun açılması və nəqliyyatın hərəkətinin bərpası üçün işlər görülür.
Rayonun Qurbanəfəndi kəndi ərazisindən keçən Qaraçay çayının daşması nəticəsində bir neçə fərdi yaşayış evini və bir istirahət mərkəzini, oradakı kottecləri su basıb, vətəndaşlara məxsus 40-a yaxın qoyun tələf olub, ev quşlarını sel aparıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual