Saxta içkidən 7 nəfər öldü
07:37 15.10.2020
Hadisə
1036
Acınacaqlısı isə odur ki, insanlar öz evlərində bu içkiləri hazırlayırlar
İstanbulda saxta spirt səbəbiylə zəhərlənmə nəticəsində ölənlərin sayı 7-yə çatıb.
"Sherg.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Zonquldakda 1, İstanbul, İzmir, Mersin, Kırıkkale, Trabzon, Zonguldak, Muğla və Aydından isə, ümumilikdə, 45 nəfər saxta içki içərək həyatını itirib. Saxta içkinin "bulanıq görmə" kimi şikayətlə ortaya çıxdığını bildirən prof. dr. Əhməd Aydın qeyd edib ki, saxta və adi içki arasındakı fərqi anlamaq o qədər mümkün deyil. O bildirib ki, insanlar bulanıq gördükləri andan etibarən mütləq hər hansı bir sağlamlıq müəssisəsinə müraciət etməlidirlər: "Çünki bir çay stəkanının dibindəki 15 mililitr saf metil spirt insanı öldürmək üçün kifayətdir. Yalnız İstanbulda aparılan əməliyyatlar zamanı 12 min ton 360 litr etil spirt və 2393 litr saxta içki ələ keçirilib".
Saxta içkilərdə metil və normal içkilərdə etil spirtinin olduğunu bildirən prof. dr. Əhməd Aydın onların bir-birindən necə fərqləndiyi barədə danışıb:
"Öldürən saxta içkinin tərkibində metil spirti var. Halbuki, normal içkilərin içərisində etil spirti olur. İçkinin etil və ya metil spirtdən hazırlandığını ayırd etmək isə mümkün deyil. Əgər içki metil spirt ilə hazırlanıbsa, nəticə həqiqətən ölüm olur. Yaxud da ki, ölüm ehtimalı uzaq olmayan bir zəhərlənmə baş verir .
Həm etil, həm də metil spirti insanlarda "mərkəzi sinir sistemi depressiyası" adlanan intoksikasiya vəziyyətinə səbəb olur. Etil spirtində bu, bir müddət sonra aradan qalxır, amma metil spirtində bu daha uzun çəkir.
Saxta içki ilə zəhərlənmənin əsas əlaməti gözlərlə əlaqəli olur. Çünki kiçik miqdarda alkoqol belə gözə zərər verə bilir. Bu kritik dövrdə mümkün qədər alkoqoldan çəkinmək lazımdır. Bu spirtləri ancaq laboratoriya mühitində müəyyənləşdirmək mümkündür.
Bu gün bir sıra saxtakarlar o qədər peşəkarcasına işləyir ki, onun etiketi və şüşəsini belə təqlid edirlər. Buna görə çox diqqətli olmaq lazımdır. Bununla yanaşı, daha acınacaqlısı isə odur ki, insanlar öz evlərində bu içkiləri hazırlayırlar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski Melaniya Trampı təltif etdi
13:48 04.11.2026
Dünya
Tramp üçün "topal ördək" mərhələsi başlaya bilər -ŞƏRH
13:42 04.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlanıb
13:14 04.11.2026
Aktual
Rafinya Ronaldinyoya çatdı
13:07 04.11.2026
Futbol
Bakıda noyabrın 9-a qədər yağış yağacaq - XƏBƏRDARLIQ
12:55 04.11.2026
Ekologiya
NATO Rusiya ərazisinə zərbə endirə bilər
12:48 04.11.2026
Gündəm
Göygöldə yol qəzasında iki nəfər xəsarət alıb
12:27 04.11.2026
Hadisə
Dəfnə görə ödənilən müavinətin məbləği artırılır
12:10 04.11.2026
Aktual
AzTV 100 illik yubileyə həsr olunmuş çarx yayımlayıb - VİDEO
12:09 04.11.2026
Media
DSMF-nin növbəti il üçün gəlir və xərcləri açıqlanıb
11:57 04.11.2026
İqtisadiyyat
Azərbaycanın xalis maliyyə aktivləri 110 mlrd. manata çatıb
11:47 04.11.2026
İqtisadiyyat
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü
11:07 04.11.2026
Hadisə
Karapetyanların evlərində axtarış aparılır - YENİLƏNDİ
10:47 04.11.2026
Region
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə