Sumqayıtda 52 yaşlı kişinin meyiti aşkarlanıb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə şəhərin Bulvar ərazisində yerləşən mənzillərin birində qeydə alınıb.
1974-cü il təvəllüdlü Orxan Qasımovun meyiti qohumları tərəfindən aşkarlanıb. Hadisə ilə bağlı dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.