Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum müxalifətdəki YENİ Partiyasının sədri Özgür Özəlin COP31-lə bağlı paylaşımına sərt reaksiya verib.
Sherg.az xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.
Murat Kurum sosial şəbəkə hesabında etdiyi açıqlamada Türkiyənin milli maraqlarından və mövqeyindən heç bir təzyiq qarşısında geri çəkilməyəcəyini bildirib.
“Özgür bəy, milli marağın və prinsipial mövqenin nə olduğunu bilmədiyiniz üçün bunu anlamağınızı gözləmirik. İzah etmək üçün sözümüzü də boşa sərf etməyəcəyik. Sadəcə bunu bilin: Türkiyə diktələrlə öz mövqeyindən güzəştə gedəcək ölkə deyil. Bizdən də sizin kimi kimlərinsə piyadası olmağımızı gözləməyin. Olmadıq və olmayacağıq”, – deyə nazir qeyd edib.
Xatırladaq ki, mübahisə Türkiyənin ev sahibliyi ilə Antalyada keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 31-ci Tərəflər Konfransı (COP31) ilə bağlı yaranıb.