Təcavüz edilən yeniyetmə oğlan özünü öldürüb - TÜKÜRPƏDƏN CİNAYƏT
Yusif Nəzərli
15:35 05.12.2024
Hadisə
468
Bakıda tükürpədən cinayət baş verib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, yeniyetmənin intiharına gətirib çıxaran hadisə bir müddət əvvəl Suraxanı rayonunun qəsəbələrindən birində qeydə alınıb. Söhbət yeniyetmə yaşına çatmayan iki oğlan uşağına qarşı zorakı hərəkətlər edilməsindən gedir.
İstintaq materiallarında yazılır ki, qonşuluqda yaşayan 55 yaşlı X.A. iki məktəblini yaşadığı evə işləmək üçün çağırıb. Sonradan uşaqların köməksiz vəziyyətindən istifadə edərək onlara qarşı seksual hərəkətlər edib. Şantaj vasitəsilə təkrarlanan bu cinayətin üstü zorakılığa məruz qalan yeniyetmələrdən birinin intiharından sonra açılıb. Başına gətirilənlərə dözməyən yeniyetmə özünü yaşadıqları evin həyətindəki taxta tirdən asıb. Onun asılmış meyitini məktəbdən qayıdan azyaşlı qardaşı görüb.
Bundan sonra Suraxanı Rayon Prokurorluğunda cinayət işi başlanıb. İntihar edən yeniyetmənin bütün ailə üzvləri istintaqa cəlb edilib.
Toplanmış dəlil və sübutlar əsasında yeniyetmənin qonşusu tərəfindən intihar həddinə çatdırıldığı məlum olub. X.A.-nın yeniyetmələrə göndərdiyi əxlaqsız mesajlar da sübut kimi işə əlavə edilib. İbtidai istintaqın gedişində onun eyni hərəkətləri etdiyi ikinci yeniyetmə də ortaya çıxıb.
Ekspert rəylərindən görünür ki, intihar etmiş yeniyetmədə sıxıntı, gərginlik, bezikmə və çıxılmazlıq kimi hallar yaranıb. Bütün bunlar onu canına qəsd etməyə məcbur edib.
Təqsirləndirilən X.A. Cinayət Məcəlləsinin intihar həddinə çatdırma, seksual xarakterli zorakılıq hərəkətləri etmə və digər ağır maddələrlə ittiham edilərək həbs edilib. Məhkəmədə təqsiri sübuta yetirilərsə, 20 ilə kimi azadlıqdan məhrum edilə bilər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət
İqtisadi Şuranın növbəti iclası oldu
18:27 13.10.2026
İqtisadiyyat
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub
18:12 13.10.2026
Siyasət
Ukrayna və Ermənistan arasında müzakirə aparıldı
17:47 13.10.2026
Dünya
Vaşinqton Kiyevə təzyiq edir, Brüssel Moskvanı sıxışdırır - TƏHLİL
17:44 13.10.2026
Dünya
Şavkat Mirziyoyev Azərbaycana səfər edəcək
17:40 13.10.2026
Gündəm