Türkiyədə sel: Ölənlərin sayı beş nəfərə çatıb, 11 nəfər itkin düşüb
13:32 23.08.2020
Hadisə
736
Türkiyənin Girəsun və Rizə bölgələrinə yağan güclü yağış faciə və fəsadlara yola açıb. Təbii fəlakət Girəsunun yeddi rayonunu əhatə edib. Ən böyük dağıntı Dərəli rayonundadır. Son məlumata görə, ümumilikdə sel nəticəsində beş nəfər ölüb, dördü polis olmaqla 11 nəfər itkin düşüb. Həyatının itirənlərdən biri polisdir.
AZƏRTAC xəbər verir ki, Daxili İşlər naziri Süleyman Soylu təbii fəlakətin miqyası ilə yerində tanış olub. Nazir bildirib ki, təbii fəlakət böyük miqdarda zərər vurub.
Girəsunda sel yolları yuyaraq dağıdıb. Selin dağlardan gətirdiyi böyük daşlar və ağac kötükləri məhəllələri, yolları basıb. Onlarca maşın yararsız hala düşüb, çox sayda nəqliyyat vasitəsini sel aparıb. Tikililərin birinci mərtəbəsi su altında qalıb.
Türkiyə Daxili İşlər Nazirliyinin nəzdindəki Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) qüvvələri 133 nəfəri fəlakətdən xilas edib. Bölgədəki xilasedici dəstələr və ağır texnika fəaliyyətini davam etdirir. İtkin düşənlərin axtarışı və fəsadların aradan qaldırılması işlərinə xüsusi qruplar, çox sayda texnika cəlb olunub. Türkiyə Silahlı Qüvvələri təbii fəlakət bölgəsinə kömək üçün bir helikopter göndərib. Bölgədəki 118 kəndlə nəqliyyat əlaqəsi kəsilib.
Rizədə isə 5 və 6 mərtəbəli iki yaşayış binasının bünövrəsi yuyulduğu üçün tikililər qəzalı vəziyyətə düşüb. Otuz sakin təxliyə olunub. Sel və daşqın səbəbindən yollar dağılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
14:21 04.11.2026
Region