Yasamalda dəhşətli hadisə...
Yusif Sultanoğlu
09:27 22.12.2020
Hadisə
947
Qadını bu vəziyyətə gətirib çıxaran səbəblər var
Paytaxtın Yasamal rayonu, Kənar Dairəvi küçəsi, ev 28-də yaşayan 1991-ci il təvəllüdlü Nigar Cəfərovanın dekabrın 20-də, gecə saat 23:00 radələrində yaşadığı binanın dördüncü mərtəbəsindən özünü yerə atması barədə Yasamal Rayon Prokurorluğuna məlumat daxil olub.
Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib. Digər zəruri prosessual hərəkətlərin həyata keçirilməsi təmin edilib.
İlkin araşdırmalarla müəyyən edilib ki, Nigar Cəfərova həmin gün gecə saat 23:00 radələrində azyaşlı övladları - 2017-ci il təvəllüdlü Hüseyn Cəfərov və 2019-cu il təvəllüdlü Oktay Cəfərovu yaşadıqları binanın dördüncü mərtəbəsində olan mənzilin yataq otağındakı pəncərədən qısa zaman ardıcıllığı ilə yerə atıb, daha sonra isə özünü də həmin yerdən atıb.
Xoşbəxtlikdən ana və övladları hadisə yerinə gələn şəxslər tərəfindən xəstəxanaya aparılıb. Onlar həkimlərin müdaxiləsi nəticəsində sağ qalıb.
Bu dəhşətli hadisəni “Şərq”ə dəyərləndirən psixoloq Edison Quliyev söyləyib ki, məsələnin səbəbləri araşdırılmalıdır:
“Birinci növbədə qeyd edim ki, yaxşı hal deyil. Ananın sağlamlıq durumu haqqında düşünmək lazımdır. Bir də hərəkətin motivi müəyyənləşdirilməlidir. Heç nə səbəbsiz baş verə bilməz. Hansı səbəb qadını o vəziyyətə gətirib çıxarıb?
Nəticədə belə vəziyyətdə həm özünü məhv edib, həm də övladlarını. Yəqin o qadını həmin hala gətirən motivlər olub. Ailə daxili, xarici, bəlkə qadın hansısa mənəvi, psixolji, maddi təcavüzə məruz qalıb.
Çıxış yolu tapa bilməyib, bu addımı atıb. Bunları araşdırmaq lazımdır. Faktın özünü yox, faktı doğuran səbəbləri öyrənilməlidir.
Qadının öz psixoloji durumu haqqında düşünülməlidir. Bu vaxta qədər qadında belə hərəkətlər olubmu? Bütün məsələlər aydınlaşdırılmalıdır.
Səbəbsiz heç nə ola bilməz. Məişət daxili, müxtəlif amillər, yaxud da kimlərsə, bu işdə maraqlı ola bilər ki qadını belə vəziyyətə gətirib, çıxarıblar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Karapetyanların evlərində axtarış aparılır - YENİLƏNDİ
10:47 04.11.2026
Region
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə
Obama Trampın partiyasının seçkidəki məğlubiyyətinə reaksiya verdi
10:19 04.11.2026
Gündəm
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm
CNN: Tramp seçkilərdə ən pis ssenarinin mümkünlüyünü etiraf edib
08:20 04.11.2026
Aktual
Böyrək xərçəngi yaradan – Hər gün yediyimiz 2 qida
07:17 04.11.2026
Sağlamlıq
"Sabah"ın baş məşqçisi "Vikinq"lə oyunöncəsi danışdı
06:44 04.11.2026
Futbol
Britaniya Avropa İttifaqı ilə yeni razılaşmaya hazırlaşır
06:17 04.11.2026
Dünya
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou
Xırdalanda itkin düşən 12 yaşlı qız tapılıb - YENİLƏNİB
04:19 04.11.2026
Hadisə