
Məntiqsiz hərəkət: Rusiya tərəfinin sözləri ilə əməlində uyğunluq yoxdur
Yusif Nəzərli
06:24 14.02.2025
Region
626
Əgər Moskva Cənubi Qafqazda daimi sülh istəsəydi, Azərbaycanla münasibətlərin bu cür gərginləşməsinə yol verməzdi
Moskva Qərbin Cənubi Qafqazdakı xəttini tamamilə destruktiv hesab edir. Bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin “İzvestiya” qəzetinə müsahibəsində bildirib. Rusiya XİN başçısının müavini hesab edir ki, Qərbin Cənubi Qafqaz siyasəti regionda vəziyyətin sabitləşməsinə deyil, Moskva üçün əlavə təhdidlərin yaradılmasına yönəlib. Onun fikrincə, Qərb dairələri bu regiondan Rusiyanı strateji məğlubiyyətə uğratmaq üçün istifadə etməyə çalışır və bəzi hallarda hətta ayrı-ayrı ölkələri ona qarşı ikinci cəbhə açmağa inandırmağa cəhd göstərir. Qaluzin bu açıqlaması ilə hansı ölkəni nəzərdə tutduğunu deməyib.
Siyasi şərhçi Zeynal Əmrəliyev hesab edir ki, rusiyalı diplomatın dediyində həqiqət var. Onun sözlərinə görə, Qərb Gürcüstanda Rusiyaya qarşı ikinci cəbhə açmaq niyyətində olub:

"Bunu "Gürcü Arzusu" Partiyasının lideri Bidzina İvanaşvili də öz açıqlamasında təsdiqləyib. Gürcü hökuməti bu məsələyə razı olmadıqdan sonra Qərb eyni ssenarini Ermənistanda təkrarlayır. Nikol Paşinyan uzun müddətdir ki, Qərbə doğru həm inteqrasiya siyasəti aparır, həm də Qərbin hərbi kontingentini regiona gətirərək qarşılıq yaratmaq istəyir. Avropa Birliyinin "müşahidə missiyası"nın regiondakı təxribatçı fəaliyyəti, keçən il Brüsseldə keçirilən görüş, eyni zamanda Ermənistanla ABŞ arasında imzalanan "strateji əməkdaşlıq" haqqında müqavilə Cənubi Qafqazda gərginliyin yaradılmasına yönəlib. Ancaq Moskva İrəvanın bu hərəkətləri qarşısında sakit qalır. Üstəlik, Rusiya və Ermənistan arasında ticarət dövriyyəsi hər ötən il sürətli şəkildə artır".
Analitikə görə, Cənubi Qafqazda sülhün əsas dəstəkçisi məhz Azərbaycandır:
"Moskva Bakı ilə münasibətlərdə məntiqsiz hərəkət edir. Bir müddət əvvəl Türkiyə və Rusiya arasında "təyyarə krizi" yaşayarkən türk hökuməti bütün lazımi addımları ataraq prosesin uzanmasına imkan vermədi. Ancaq Moskva Bakıya qarşı eynisini etmək istəmir. Əksinə, Azərbaycana qarşı hücum kampaniyası həyata keçirir. Qaluzinin verdiyi açıqlama göstərir ki, Rusiyanın sözləri ilə əməli arasında uyğunluq yoxdur. Əgər Moskva Cənubi Qafqazda daimi sülh istəsəydi, Azərbaycanla münasibətlərin bu cür gərginləşməsinə yol verməzdi".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Məhkəmə general-mayor Natiq Əliyevin qızı ilə bağlı qərar verdi
18:48 12.11.2026
Hadisə
Ağ Evin yaxınlığında silahlı insident: azı 4 nəfər yaralanıb
18:33 12.11.2026
Dünya
Rusiya Prezidenti: Ukraynada əbədi sülh istəyirəm
18:20 12.11.2026
Gündəm
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
18:14 12.11.2026
Dünya
Paşinyan və nazirlərin maaşlarının artırılması təxirə salındı
17:59 12.11.2026
Region
ABŞ Avropa ilə yeni təhlükəsizlik arxitekturasını müzakirə edir
17:55 12.11.2026
Gündəm
Tramp: İranla razılaşmaya ehtiyacımız yoxdur
17:35 12.11.2026
Gündəm
AZAL-ın gənc pilotu təlim uçuşlarını başa vurub - FOTO
17:15 12.11.2026
Gündəm
Bir ailənin 9 üzvü plov və pomidor turşusundan zəhərləndi
17:13 12.11.2026
Hadisə
Sona Qazaryan: KTMT artıq özünü tükədib
16:45 12.11.2026
Gündəm
Prezident İlham Əliyev Dublində Maya Sandu ilə görüşüb
16:21 12.11.2026
Gündəm
Prezident İlham Əliyev Dublində mühüm tədbirdə iştirak edir
16:03 12.11.2026
Gündəm
“Azərsun Holdinq” yerli fermerlərdən zeytun qəbulunu davam etdirir
15:37 12.11.2026
Ölkə