İqtisadçı: Ərazi vergi orqanları arasında məlumat mübadiləsi uyğunsuzluqların qarşısını alacaq
11:51 21.06.2025
İqtisadiyyat
596
Vergi ödəyicisi yaşadığı yeri dəyişdikdə, vergi orqanına bununla bağlı 15 gün müddətində ərizə verməlidir.
Sözügedən məsələ parlamentin bugünkü iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb.
Layihəyə əsasən, vergi ödəyicisinin olduğu və ya yaşadığı yer dəyişdikdə, vergi orqanına bu cür dəyişiklik baş verdiyi gündən 15 gün müddətində ərizə verməlidir. Vergi orqanı isə həmin müddətdə şəxsi yenidən uçota alınmasını (yəni əvvəlki vergi orqanından uçotdan çıxarılması və yeni vergi orqanında uçota alınması) həyata keçirməlidir.
Həmçinin sənəddə qeyd olunub ki, vergi ödəyicisi vergi orqanında uçota alınmaq üçün verdiyi ərizə formasında olan məlumatlarda hər hansı dəyişiklik baş verdikdə, dəyişiklik baş verən gündən 15 gün müddətində vergi orqanına məlumat təqdim olunmalıdır.
Mövcud qanunvericiliyə görə, vergi ödəyicisi yaşadığı və olduğu yeri dəyişdikdə, həmçinin uçota alınmaq üçün verdiyi ərizə formasında olan məlumatlarda hər hansı dəyişiklik baş verdikdə, həmin gündən 40 gün ərzində vergi orqanına məlumat verməlidir.
İqtisadçı-ekspert Eyyub Kərimli “Sherg”az-a bildirib ki, bu dəyişikliklərin vergi ödəyicilərinin uçotunun daha dəqiq və düzgün şəkildə aparılmasına töhfə verəcəyi qənaətindədir:
“Çünki vergi ödəyiciləri yaşayış yerlərini və fəaliyyətlərini bir inzibati ərazidən digərinə dəyişdikdə, bu dəyişikliklər uçot sistemində vaxtında əksini tapmırdı. Bu isə nəticə etibarilə bəzi hallarda vergi dərəcələrində uyğunsuzluqlara və fərqlərə gətirib çıxarırdı. Məlumdur ki, bəzi bölgələrdə fərdi sahibkarlıq və digər fəaliyyət növləri üzrə müəyyən vergi güzəştləri tətbiq olunur. Digər bölgələrdə isə bu cür güzəştlər mövcud deyil. Bu fərqliliklər isə bəzi vergi ödəyicilərinin güzəştli bölgələrdə qeydiyyatda qalaraq, faktiki olaraq digər bölgələrdə fəaliyyət göstərməsi yolu ilə vergidən yayınma və ya daha az vergi ödəmək imkanlarından sui-istifadə etməsinə şərait yaradırdı. Bununla yanaşı, qeyd olunan dəyişiklik vergi inzibatçılığının effektivliyini artırmaqla yanaşı, dövlət büdcəsinə daxilolmaların da dürüst və şəffaf şəkildə formalaşmasına şərait yaradacaq. Ərazi vergi orqanları arasında məlumat mübadiləsinin səmərəli təşkili uçotda olan uyğunsuzluqların qarşısının alınmasında mühüm rol oynayır. Həmçinin, bu yanaşma vergi öhdəliklərinin yerinə yetirilməsi prosesində müvafiq hüquqi və inzibati mexanizmlərin daha effektiv tətbiqinə zəmin yaradır. Nəticə etibarilə, bu tənzimləmə vergi şəffaflığının artırılmasına və vergi öhdəliklərinin qanunvericiliyə uyğun icra olunmasına əhəmiyyətli dərəcədə müsbət təsir göstərəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya