Rus jurnalist ermənilərə yol göstərir
Yusif Nəzərli
07:55 23.11.2021
Siyasət
518
O, təklif edir ki, əri ölmüş qadınlar rus sülhməramlılarla evlənsin
"Onlar az qalır ki, erməniləri kürəklərində gəzdirsinlər. Bunun adı sülhməramlılıq deyil, pisməramlılıqdır! Bu cür özfəaliyyətdən sonra sülhməramlıların mandatının uzadılmasından söhbət gedə bilməz"
Rusiyalı jurnalist Valeriya Olyunina rus sülhməramlılarına Qarabağda yaşayan və müharibədə əri ölmüş erməni qadınlarla ailə qurmağı təklif edib. O, bu haqda “təklif”lərini özünün "Teleqram" səhifəsində paylaşıb. Xanım jurnalist belə olacağı təqdirdə rus sülhməramlılarının 4 il sonra da Qarabağda qalmaları üçün “səbəb” olacağını qeyd edib.
Olyuninaya görə, əgər rus sülhməramlıları əri müharibədə ölmüş erməni qadınlarla ailə qursalar, Qarabağ üçün Rusiya uğrunda mübarizə aparırmış kimi savaşa biləcəklər: “Konstantin Zatulinin “Sputnik-Ermənistana” müsahibəsini maraqla dinlədim. Mənə aydındır ki, indi “artsax”da ərləri öldürülmüş çoxlu gənc qadın var. Hesab edirəm ki, rus əsgərləri onlarla evlənə, ailə qura, uşaq dünyaya gətirə və bu torpaq üçün vətənləri kimi vuruşa bilərlər. Beləliklə onların burada dörd ildən çox qalmasına səbəb yaranar. Bu həm də imperiyanın yaranmasının təməli olar. Sülhməramlılıq gözəl missiyadır, lakin kifayət deyil”.
Jurnalist Araşdırmaları Mərkəzinin rəhbəri, “yenisabah.az” saytının baş redaktoru Seymur Verdizadə “Şərq”ə açıqlamasında deyib ki, rus sülhməramlılarının onlara verilmiş mandatdan kənara çıxması haqlı narahatlıq doğurur.
JAM sədrinin sözlərinə görə, Azərbaycan cəmiyyəti artıq onlara sülhməramlı deyil, erməniməramlı kimi yanaşır:
“Qarabağda susuz qalan erməniləri su ilə təmin etməklə, şarlatan din xadimlərini monastrlara aparmaqla, Azərbaycan torpaqlarında ermənilərə ev tikməklə onlar erməniməramlı olduqlarını sübur ediblər. Sülhməramlı tərəflər arasında ayrıseçkilik qoymamalı, həm ermənilərə, həm də azərbaycanlılara münasibətdə tərəfsizlik nümayiş etdirməlidir. Təəssüf ki, Qarabağdakı sülhməramlılar bunu bacarmadılar. Onlar az qalır ki, erməniləri kürəklərində gəzdirsinlər. Bunun adı sülhməramlılıq deyil, pisməramlılıqdır! Bu cür özfəaliyyətdən sonra sülhməramlıların mandatının uzadılmasından söhbət gedə bilməz. Onlar Azərbaycanda müvəqqəti olduqlarını anlamalı və ağıllarını başlarına yığmalıdır! Valeriya Olyuninanın təklifinə gəlincə, əslində, bu jurnalist erməni xalqını təhqir edib. Sülhməramlıların Qarabağdakı erməni qız və qadınlarına sataşdıqlarına, hətta onlara məşuqə kimi yanaşdıqlarına dair çoxsaylı məlumatlar var. Rus jurnalist dolayısı ilə bunu təsdiq etmiş oldu. Ruslar uzun illərdi ki, ermənilərin namusuna sataşır. Amma ermənilər bunu görməzlikdən gəlir, özlərini karlığa, korluğa, lallığa vururlar. Qarabağın bütün ərazilərində Azərbaycanın tam suverenliyi təmin olunandan sonra bu bölgədə yaşayan ermənilərin ruslar tərəfindən alçaldılmasına son qoyulacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüz boğazından çıxan tanker vurulub
21:47 20.11.2026
Dünya
"Sabah" "Sumqayıt"ı darmadağın etdi
21:35 20.11.2026
Futbol
Danimarka Rusiyanın hərbi attaşesini ölkədən çıxarır
21:23 20.11.2026
Dünya
Estoniya diplomatı Rusiya XİN-ə çağırıldı
20:40 20.11.2026
Aktual
Bakıda Cənubi Koreyanın milli bayramı qeyd edildi
20:25 20.11.2026
Siyasət
KİV: ABŞ və İsrail İrana yeni zərbələr endirməyə hazırlaşır
20:17 20.11.2026
Gündəm
Britaniya Rusiyaya və Çinə qarşı kiberəməliyyatlar həyata keçirir
20:04 20.11.2026
Dünya
Bakı metrosunda texniki xəta baş verdi - Qatarlar gecikdi
19:47 20.11.2026
Hadisə
İŞİD-ə qoşulmuş şəxslər saxlanılaraq Azərbaycana gətirildi
19:10 20.11.2026
Hadisə
Taksi sürücüləri üçün növbəti imtahanın tarixi açıqlandı
18:53 20.11.2026
Sosial
Fransanın keçmiş baş naziri prezident seçkilərinə qatılacaq
18:48 20.11.2026
Dünya
Naftalanda 3 məktəblini maşın vurub
18:37 20.11.2026
Hadisə
Pul yoxdur, xalq etiraz edir - Pezeşkian
18:24 20.11.2026
Dünya
Aİ Rusiyaya qarşı 22-ci sanksiyalar paketini hazırladı
17:57 20.11.2026
Dünya
KİV: ABŞ və İsrail İrana hücumu nəzərdən keçirir
17:10 20.11.2026
Gündəm