Brokolinin hansı faydaları var?
13:46 29.11.2023
Sağlamlıq
1692
Superfood adlanan brokoli dadı hər kəsin xoşuna gəlməyən bir tərəvəzdir. Ancaq dadı sizi cəlb etməsə də, brokolinin faydaları unikaldır və buna görə də onu istehlak etməliyik. Daimi istehlak edilən brokoli sağlam quruluşu ilə insan sağlamlığı üçün bir çox faydalar təqdim edir. Brokolini suda qaynadıb əldə edilən suyu müntəzəm olaraq gündə 2 stəkan içə bilərsiniz.
"Sherg.az" gündə 2 stəkan brokoli suyu içməyin faydalarını təqdim edir:
1.Diş və sümük sağlamlığını qoruyur:
Brokoli suyu süddən daha çox kalsium ehtiva edir. Əgər laktoza dözümsüzlüyü varsa və ya süd içməyi sevməyən birisinizsə, o zaman brokoli suyu içə bilərsiniz. Brokoli suyu müntəzəm içmək sümük və diş sağlamlığını qoruyur və oynaq xəstəliklərinə faydalıdır. Uşaqların inkişaf illərində brokoli içməsi gələcəkdə sümük xəstəliklərinin inkişaf riskini azaldır.
2. Həzm problemlərini aradan qaldırır:
Brokoli yüksək lif tərkibli qidadır. Brokoli şirəsi müntəzəm olaraq içmək mədə yanmasından və şişkinlikdən qoruyur, eyni zamanda həzm sistemini tənzimləyir. Brokoli suyunu müntəzəm içmək insanı qəbizlikdən xilas edir.
3.Xərçəngə qarşıdır:
Brokoli bol miqdarda B qrupu vitaminləri ehtiva edən bir tərəvəzdir. Yüksək miqdarda B12 və riboflavin ehtiva edən brokoli suyu xərçəng riskini əhəmiyyətli dərəcədə azaldır.
4.Qırmızı qan hüceyrələrinin sayını artırır:
Qırmızı qan hüceyrələrinin istehsalında iştirak edən dəmir brokolinin tərkibində yüksək miqdarda olur. Brokoli şirəsi içmək qanda hemoglobin səviyyəsini də artırır. Brokoli suyu qanı təmizləyir və qan dövranı sistemini qoruyur.
5. Beyin funksiyalarını qoruyur:
Brokoli suyu B vitaminləri və fol turşusu ilə zəngin olduğundan beyni zərərli sərbəst radikallardan qoruyur. Beynin aktiv keçirmə sürətini dəstəkləyən və sinirlər arasında əlaqəyə töhfə verən komponentləri sayəsində brokoli sonrakı yaşlarda yaddaşa təsir edən xəstəliklərin riskini azaldır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
14:21 04.11.2026
Region