Zahid Oruc Qərbə çağırış etdi: “Bu insanların səsini eşitmisinizmi?”
07:43 30.11.2023
Gündəm
367
“Biz 75-ci ildönümünü qeyd edən bütün dövlətlərdən soruşuruq ki, Azərbaycanın hüquqları pozulan minlərlə insanının səsini eşitmisinizmi?”
Globalinfo.az bildirir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Bakıda Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75 illiyinə həsr olunan “İnsan Hüquqları – 75 Bakı Konfransı: Qlobal və milli çağırışların həlli üçün universallığın və bölünməzliyin təşviq edilməsi” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
Onun sözlərinə görə, Vətən müharibəsi Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75 illiyinə ən böyük töhfədir: “Suveren ölkədə insanların dinc və təhlükəsiz şəkildə yaşaması dövlət tərəfindən təmin edilir. XXI əsrdə insan hüquqları yalnız hüquq və insan məsələsi deyil. 1948-ci ili, yəni deklarasiyanın qəbul edilməsini unutmaq olmaz. Son 75 ildə dünya siyasi xəritəsi köklü dəyişikliyə uğrayıb. İndi dünya birliyi bəyannamənin ildönümündə onun yaranma səbəbini unudur. Bu gün Avropanın bir hissəsində Rusiya-Ukrayna müharibəsi, eləcə də Yaxın Şərqdəki müharibələr bəyannamənin əsas şərtlərinin görməzdən gəlindiyini göstərir. Qərbin öz dəyərlərini necə ayaq altına ataraq sömürgənlik etdiyini hamı görür. Biz 75-ci ildönümünü qeyd edən bütün dövlətlərdən soruşuruq ki, Azərbaycanın hüquqları pozulan minlərlə insanının səsini eşitmisinizmi? Əgər eşitmisinizsə, haradadır dəstək bəyanatlarınız? Bəlkə, köçkünlərin qayıdış hüququ 907-ci məsələdir?! “Human Rights Watch” mina terrorundan xəbəri olmadığını deyir, elədirsə, Azərbaycanla bağlı cədvəli necə qəbul edirlər? Qələbəmiz istənilən beynəlxalq indeksdən yuxarıda dayanır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
14:21 04.11.2026
Region
Zelenski Melaniya Trampı təltif etdi
13:48 04.11.2026
Dünya
Tramp üçün "topal ördək" mərhələsi başlaya bilər -ŞƏRH
13:42 04.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlanıb
13:14 04.11.2026
Aktual
Rafinya Ronaldinyoya çatdı
13:07 04.11.2026
Futbol
Bakıda noyabrın 9-a qədər yağış yağacaq - XƏBƏRDARLIQ
12:55 04.11.2026
Ekologiya
NATO Rusiya ərazisinə zərbə endirə bilər
12:48 04.11.2026
Gündəm
Göygöldə yol qəzasında iki nəfər xəsarət alıb
12:27 04.11.2026
Hadisə
Dəfnə görə ödənilən müavinətin məbləği artırılır
12:10 04.11.2026
Aktual
AzTV 100 illik yubileyə həsr olunmuş çarx yayımlayıb - VİDEO
12:09 04.11.2026
Media
DSMF-nin növbəti il üçün gəlir və xərcləri açıqlanıb
11:57 04.11.2026
İqtisadiyyat
Azərbaycanın xalis maliyyə aktivləri 110 mlrd. manata çatıb
11:47 04.11.2026
İqtisadiyyat
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü
11:07 04.11.2026
Hadisə