
"Köhlən atlar" "Malmö" sınağından necə çıcacaq? -ANALİZ
10:43 03.10.2024
İdman
480
Təmsilçimiz "Qarabağ" bu gün UEFA Avropa Liqasının II turunda İsveçin "Malmö" klubunu qəbul edəcək.
Doğma divarlar arasında ilk oyununu keçirəcək "Qarabağ" "Malmö" ilə matçda azarkeşlərin etimadını doğrultmağa çalışacaq. Görüşdə Anastasios Papapetrunun başçılıq etdiyi yunanıstanlı hakimlər briqadası ədaləti qoruyacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 20:45-də start götürəcək. Qeyd edək ki, "Tottenhem"lə görüşdə 3:0 hesabı ilə məğlub olan təmsilçimiz hazırda Liqa mərhələsinin 35-ci pilləsində qərarlaşıb. İsveç təmsilçisi "Malmö" isə 30-cu sıradadır.
Oyun öncəsi fikirlərini bölüşən idman jurnalisti Elçin Cəfərov “Sherg.az”a söyləyib ki, Bu gün UEFA Avropa liqasında liqa mərhələsinin ikinci tur çərçivəsində qarşılaşmalar keçiriləcək:
''Təbii ki, diqqətimiz "Qarabağ" və "Malmö" komandaları arasında keçiriləcək matçda olacaq. Hər iki tərəfi müqayisə etdikdə "Qarabağ"-ı nisbətən daha təcrübəli hesab etmək olar. Fikrimcə, bu oyunda Qurban Qurbanovun tək şifrəsi qələbə olmalıdır. Ümumiyyətlə, hazırda İsveç təmsilçisi öz ölkələrində çox irəlidə gedir. Yaxın rəqibi ilə xal fərqi 10-dur. Yəni,hər iki komandanın qarşılaşmasını izləmişik. Bütün bunlara nəzərə alaraq deyə bilərik ki, oyunun favoriti "Köhlən atlar"-dır. Matçın taktiki analizinə gəldikdə isə xüsusi ilə rəqibin hücuma keçərkən itirilən toplardan sonra geri dönüşlərdə problem yaşandığının şahidi oluruq. Adətən, 6 futbolçu ilə hücum zonasında çoxalan "Malmö" topu itirdikdən sonra basqı edərək topa sahib olmağa çalışır. Bu təzyiqdən sürətli ötürmələrlə çıxdıqda rəqibin müdafiə ilə hücum arasında təxminən 45 metrlik boş zona yaranır. Məhz, bundan "Qarabağ" istifadə edə bilər. Yəni, oyunu meydançanın rəqibə ayrılan hissəsində topu saxlamaqla rahat qol epizodları yarada bilərik. Qeyd edim ki, İsveç təmsilçiləri də hava mübarizələrində hazırlıqlıdırlar. Standart vəziyyətlərdə diqqətli olmalıyıq. İnanıram ki, Qurban Qurbanov komandasını oyuna tam fərqli motivasiya ilə başladacaq. Hətta, hücum fazasında 3 oyunçunun davamlı qalmasına şərait yaradan taktika tətbiq edə bilər. Bu fonda komandamızın yarımmüdafiə mərkəzində oynayacaq Marko Yankoviçə böyük iş düşür. Çünki itirilən topları tez bir zamanda qazanmaq çox önəmlidir. Matça daha perspektivli, sürətli başlayan "Qarabağ"-ı izləyəcəyimizi düşünürəm. Zənnimcə, təxminən 3 xal qazanacağıq".
Idman jurnalisti Ağa Dadaşzadə isə deyib ki, "Malmö" ilə oyun olduqca çətin olacaq:

''Çünki "Malmö" dişimizə uyğun rəqibdir. Fikrimcə, sıralamaya baxmaq hələ çox tezdir. Ümumiyyətlə, bu mövsüm sıralama böyük rol oynamayacaq. Vurğulamaq lazımdır ki, rəqibin oyun tərzi, taktiki gedişləri fərqlidir və kompakt futbola üstünlük verən komandadır. Buna baxmayaraq, "Qarabağ" rəqibindən xal ala bilər. Lakin qalib olacağımız haqda ümidlənməyək. Ona görə ki, "Malmö"-nün heyyəti böyükdür. Lakin təmsilçilərimiz arasında zədəlilər var. Əlavə olaraq psixoloji cəhətdən çətin vəziyyətdəyik. Amma doğma meydan, 32 min azarkeş xeyrimizədir. Əgər 1 xal belə alsaq, böyük uğurdur. Etiraf edək ki, İsveç klubu bizdən olduqca daha irəlidədir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran Fars körfəzi ölkələrinə xəbərdarlıq edib
02:22 22.04.2026
Region
Türkiyədə hərbi vertolyot qəzaya uğrayıb
01:55 22.04.2026
Gündəm
Tramp: ABŞ-la İran arasında atəşkəs müddəti uzadılıb
01:30 22.04.2026
Dünya
Səhər enerjili oyanmağın ən asan yolu: Bir damla kifayətdir
00:46 22.04.2026
Sağlamlıq
Məşhur aktyor 9 övladı ilə tədbirə qatıldı
00:22 22.04.2026
Şou
Rusiyadan İsrailə: Bu sözlər yersizdir!
23:59 21.04.2026
Dünya
Trampdan sərt xəbərdarlıq: "Avropa yox ola bilər"
23:44 21.04.2026
Dünya
Rıza Kayaalp 13-cü dəfə Avropa çempionu olub
23:00 21.04.2026
Dünya
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
22:41 21.04.2026
Dünya
"Spiegel": Almaniya Hörmüz boğazına üç gəmi göndərmək niyyətindədir
22:25 21.04.2026
Dünya
“Zirə” finala yüksəldi
21:52 21.04.2026
Futbol
Böyük hərbi plan: Aİ Ukrayna üçün 90 min hərbçi hazırladı
21:36 21.04.2026
Gündəm
Əli Əsədov Qazaxıstana işgüzar səfər edib
20:53 21.04.2026
Siyasət
Latviya Prezidenti Azərbaycana gəlib
20:38 21.04.2026
Rəsmi
Pakistan İrandan cavab gözləyir
20:30 21.04.2026
Dünya
2009-dan sonra doğulanlara ömürlük siqaret qadağası təsdiqlənib
20:07 21.04.2026
Sağlamlıq